Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 21:09

Ukraynaya yaxın Rusiya şəhərlərində partlayışlar olub


Zelenski BMT qətnaməsini dəstəkləyən 143 ölkəyə Twitter-də təşəkkürünü bildirib

Oktyabrın 13-də Rusiyanın Kursk vilayətində, Ukrayna ilə sərhəddə yerləşən elektrik yarımstansiyasında partlayış baş verib.

Kursk vilayətinin başçısı Roman Starovoyt deyib ki, bunun nəticəsində Tyotkino və Popovo-Lejaçi qəsəbələri elektriksiz qalıb.

Qubernatorun sözlərinə görə partlayışa səbəb Ukrayna tərəfinin atəşləri olub.

Bu da bildirilir ki, Rusiyanın Ukraynaya müdaxiləsindən bəri Kurskda terror təhlükəsinin “sarı rejimi” qüvvədədir.

Oktyabrın 13-də habelə Ukrayna ilə həmsərhəd başqa bir Rusiya şəhərində - Belqorodda partlayışların olduğu xəbər verilib.

Belqorodun qubernatoru Vyaçeslav Qladkov deyib ki, Ukrayna Silahlı Qüvvələri silah anbarını atəşə tutub. Nəticədə anbardakı sursatın partlaması və yanğın baş verib.

Belqorodda hava hücumundan müdafiə sistemləri işə düşçüb.

Teleqram-kanallarda göydə vurulan raketlərdən birinin qırıntılarının yaşayış binasına düşdüyü görünür.

Ukrayna tərəfi Belqorodun atəşə tutulması barədə heç bir məlumat verməyib.

Bundan əvvəl şəhər rəsmiləri Belqorodun səmasında 100-dək raketin vurulduğunu bildirirdilər.

Bu məlumat müstəqil şəkildə təsdiqlənməyib.

Rusiya yenə Ukraynaya zərbələr endirir

Rusiya oktyabrın 13-də Ukraynanın 40-dan çox şəhərini hədəfə alıb, Kiyev vilayətində kritik infrastrukturu vurub, cənubdakı Mikolayev şəhərinə raket zərbələri endirib.

Kiyev vilayətinin qubernatoru Oleksey Kuleba zərbələrin İran istehsalı olan kamikadze dronları ilə gerçəkləşdirildiyini deyib. Xilasedicilər hadisə yerinə gedib, ancaq itkilər haqda məlumat yoxdur.

Yaşayış binası dağılıb

Ukrayna prezident idarəsi başçısının müavini Kirilo Timoşenko kritik infrastruktur obyektlərinin dronlarla vurulduğunu bildirib.

Mikolayevin ötən gecə atəşə tutulması nəticəsində yaşayış binası dağılıb. Şəhərin meri Oleksandr Sienkoviç beşmərtəbəli yaşayış binasının iki üst mərtəbəsinin tamamilə dağıldığını, alt mərtəbələrin dağıntılar altında qaldığını bildirib.

İtkilər haqda, hələlik, informasiya açıqlanmayıb.

Dnepropetrovsk vilayətindəki Nikopol şəhəri də atəşə tutulub. Bir nəfər ağır yaralanıb, 30-dan çox binaya, qaz kəmərinə və elektrik xəttinə ziyan dəyib.

Ermənistanda kənd sakinləri itkin düşmüş əsgərə görə yolu bağlayıblar
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Zelenskinin təşəkkürü

Oktyabrın 12-də BMT-nin Baş Assambleyasında Moskvanın Ukraynanın dörd vilayətini tutmasını qanunsuz adlandıran qətnamə qəbul edilib. Azərbaycan daxil olmaqla 35 ölkə səsverməyə qatılmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski qətnaməni dəstəkləyən 143 ölkəyə Twitter-də təşəkkürünü bildirib.

Hərbi yardım davam edir

ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, bu səsvermə Rusiyaya qarşı beynəlxalq birliyi göstərir. O bir daha qeyd edib ki, Vaşinqton Ukrayna ərazisində təşkil olunmuş “saxta” referendumları tanımayacaq.

Moskva ötən ay təşkil etdiyi qondarma referendumlardan sonra Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan edib.

Ukrayna və müttəfiqləri referendumları qanunsuz adlandırıb.

Bu arada Qərb Ukraynaya əlavə hərbi yardım boyun olub. Almaniya artıq dörd IRIS-T SLM havadan müdafiə sistemlərindən birincisini göndərdiyini bəyan edib. Vaşinqton isə bildirib ki, vəd olunan NASAMS havadan müdafiə sisteminin çatdırılması sürətləndiriləcək.

XS
SM
MD
LG