Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Suriyada kimyəvi silah işlədildiyi bildirilir


Hələb xəstəxanası
Hələb xəstəxanası

Rusiya Suriya üsyançılarını Hələbdə kimyəvi silah işlətməkdə günühlandırır.

Rusiya müdafiə nazirliyinin nümayəndəsi İgor Konashenkov noyabrın 25-də keçirdiyi mətbuat konfransında deyib ki, hadisə yerinə xüsusi mütəxəssislər göndəriblər.

Kimyəvi hücum barədə AP, Reuters və Suriyanın dövlət eleviziyası da məlumat verib.

Məlumata görə hücum nəticəsində onlarla adamda nəfəs və görmə problemi yaranıb.

Məlumatı Londonda məskunlaşan “Suriya insan haqları mərkəzi” də təsdiqləyib.

Mərkəzin məlumatına görə, hücum noyabrın 24-də törədilib.

Amma üsyançıların lideri bu ittihamı rədd edir və əksinə, atəşkəsi bəhanə ilə pozmaq üçün Suriya rejimini günahlandırır.

Üsyançıların komandanı Abdel Salam Abdel-Razak deyib ki, müxalifət qüvvələrində kimyəvi silah və onu işlətmək imkanı yoxdur.

Qeyd edək ki, Suriyada bu cür hücumlarda adətən tərəflər bir-birini günahlandırır.

BMT-nin kimyəvi silahlar üzrə ekspertləri, 2014 və 2015-ci illərdə xlor qazı ilə edilmiş 2 hücuma, həmçinin 2017-ci ilin aprelində Zarin qazından istifadəyə görə Suriya hökumətini günahlandırıb.

Həmçinin ekspertlərin qənaətinə görə “İslam dövləti” qrupu da 2015-2016-cı illərdə Suriyada Xardal qazından istifadə edib.

Suriya müharibəsində prezident Bashar Assad rejiminin tərəfini saxlayan Rusiya isə adətən bu hücumlara görə üsyançıları günahlandırır.

2011-ci ildən bu yana Suriya müharibəsində 400 mindən çox adam ölüb.

Rusiya ilə İran bu müharibədə Suriya rejiminin, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG