Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

ABŞ və Britaniya kəşfiyyatları Rusiya hakerləri barədə xəbərdarlıq edir


ABŞ və Britaniyanın kəşfiyyat orqanları bəyan edir ki, Rusiya dövləti tərəfindən dəstəklənən hakerlər mühüm infrastruktur şəbəkələrinə müdaxilə etməyə çalışırlar.

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi, FTB və ABŞ Daxili Təhlükəsizlik Nazirliyi aprelin 16-da birgə xəbərdarlıq elan ediblər. Bu xəbərdarlıqda deyilir ki, hakerlər gələcək kiberhücumlar məqsədilə qlobal kampaniyaya başlaya bilərlər.

Moskva bu iddialara hələlik reaksiya verməyib. Rusiya bundan əvvəl başqa ölkələrə haker hücumlarında iştirakı olduğunu danıb.

Xəbərdarlıqda bu da qeyd olunur ki, “hökumət və özəl təşkilatlar, mühüm infrastruktur provayderləri və bu strukturları təchiz edən İnternet Xidməti Provayderləri (ISP) kampaniyanın əsas hədəfi ola bilər.

Sənəddə deyilir ki, “Rusiya dövlətinin maliyyələşdirdiyi hakerlər” casusluq, intellektual mülkiyyət oğurluğu məqsədilə qondarma üçüncü tərəflərdən istifadə edə bilərlər.

Britaniya hökumətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin başçısı Ciaran Martin deyib ki, sözü gedən hakerlər özlərini gərgin situasiyalar zamanı fəaliyyətə hazırlayırlar.

Ağ Evin kibertəhlükəsizlik koordinatoru Bob Joyce bildirib ki, ABŞ bu kampaniyanın arxasında Rusiyanın dayandığı barədə “yüksək əminliyə” malikdir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin kibertəhlükəsizlik rəsmisi Jeanette Manfra deyib ki, “biz hələlik bu təxribatın miqyasları haqqında tam məlumata malik deyilik”.

Britaniya hökumətinin sözçüsü bidlirib ki, qlobal kibercasusluq kampaniyası Rusiyanın beynəlxalq qanunlara hörmətsizliyinin daha bir nümunəsidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG