Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:50

Rusiyanın hər yerində qadınlar kişilərdən çoxdur...Çukotkadan başqa


Bugün, Çukotkanı çıxmaq şərtilə Rusiyanın bütün regionlarında qadınların sayı kişilərdən çoxdur və bu nisbət qadınların xeyrinə olmaqla uzun müddətdə dəyişməyəcək.

Bu barədə Rusiyanın statistika idarəsi - Rosstatın 2036-cı ilədək verdiyi proqnozda deyilir.

Kişilərin gələcəkdə də daha çox olacağı region elə Çukotkadır.

Rosstatın məlumatına görə bu il Rusiyada hər 1000 kişiyə 1154 qadın düşür, lakin 2036-cı ildə bu nisbət 1000-1128 olacaq.

Çukotkada hər min kişiyə 956 qadın düşür, 2036-cı ildə isə bu rəqəmin cəmi 813 olacağı gözlənilir.

Rosstat bunu da bildirir ki, 2031-ci ildən Kamçatkada kişilərin sayı qadınlardan azacıq çox olacaq.

Statistika eksperti Aleksandr Timofeyev RIA Novosti xəbər agentliyinə deyib:

"Əvvəlcə oğlanlar və qızlar təxminən eyni sayda doğulur. Məsələn 4 yaşınadək hər 1000 oğlana 947 qız düşür. Vəziyyət 20-25 yaşlarında dəyişir. Bu vaxt hər 1000 kişiyə artıq 1023 qadın düşür və fərq getdikcə dərinləşir. Məsələ kişilərin ölüm riskindədir”.

Ekspert deyir ki, 60 yaşda Rusiyada iki qadına bir kişi düşür.

Kişilər arasında ölümlərin yüksək olması barədə Rusiya Səhiyyə Nazirliyi də xəbərdarlıq edib.

Səhiyyə naziri Veronika Skvortsova deyir ki, Rusiyada kişilər həddən artıq spirtli içki içirlər və bu səbəbdən də onların arasında ölüm halları qadınlardan 3, 5 dəfə çox olur.

Nazirin sözlərinə görə kişilər arasında ölümlərin 70 faizi spirtli içkilərlə bağlıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG