Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

Rusiya oğurlanmış inquşlara görə 1, 9 milyon avro təzminat ödəməlidir


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanı 2000-2005-ci illərdə İnquşetiyada oğurlanmış şəxslərin ailələrinə 1 milyon 900 min avro təzminat ödəməyə məhkum edib.

AİHM inquşların oğurlanması və qətlləri ilə bağlı 21 işə baxırdı.

Bu işlərin arasında Rusiyaya qarşı Mukhadi Malsaqovun, Akhmed və Abu-Shekhid Abdulkerimovların, Rashid Ozdoyev və Tamerlan Tsechoyev-in ailələrinin iddiaları da vardı.

Malsaqov 2000-ci il mayın 3-də bir qrup hərbçi tərəfindən saxlanıb və o vaxtdan bəri ondan heç bir xəbər yoxdur.

Abdulkerimovları da 2002-ci il noyabrın 28-də hərbçilər saxlamış və qeyri-müəyyən istiqamətdə özləri ilə aparmışdılar.

Onların da harada olduqları haqqında heç bir məlumat yoxdur.

İnquşetiya prokurorunun köməkçisi Rashid Ozdoyev və onun dostu, fəal Tamerlan Tsechoyev 15 il əvvəl naməlum şəxslər tərəfindən oğurlanmlış və qətlə yetirilmişlər.

Ozdoyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin respublikada adamalrın yoxa çıxması ilə əlaqəsini araşdırırdı.

Avropa İnsan Haqları Məhkəməsi bu qərara gəlib ki, Rusiya bu işlərin heç biri üzrə lazımi araşdrıma aparmayıb.

AİHM ümimilikdə 21 işdən 18-dən Avropa İnsan Haqları Konvensiyasının müddəalarının pozulduğunu müəyyən edib.

Bunlar yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq, habelə müdafiə hüquqları ilə bağlı maddələrdir.

XS
SM
MD
LG