Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:01

Moskva ‘ABŞ-ın Rusiyadan çıxardığı xəbərçi’ barədə İnterpola müraciət edib


 Maria Zakharova
Maria Zakharova

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Moskva beynəlxalq polis agentliyi İnterpoldan ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) xəbərçisi olduğu iddia edilən və 2017-ci ildən yoxa çıxmış keçmiş Kreml rəsmisinin yerinin müəyyənləşdirilməsi üçün kömək istəyib.

Sentyabrın 12-də keçirilmiş mətbuat konfransında nazirliyin sözçüsü Maria Zakharova sorğunun Interpola nə vaxt göndərildiyi barədə məlumat verməyib, lakin bildirib ki, nazirlik bu şəxs barədə ABŞ mediasında yayılan xəbərlərdən çıxış edib.

Bu xəbərlərdə deyilirdi ki, MKA özünün yüksək səviyyəli informatorunu Rusiyadan 2017-ci ildə çıxara bilib.

Bunun ardınca Rusiya mediasının təsdiq olunmamış materiallarında bildirilirdi ki, burada söhbət vaxtilə Rusiyanın Vaşinqtondakı səfirliyində, sonralar isə Kremlin xarici siyasət müşavirinin köməkçisi kimi çalışmış Oleq Smolenkovdan gedir.

Zakharova bu barədə mətbuat konfransında deyib:

“İki il sonra Amerika mediası onun ABŞ ərazisində olduğuna dair informasiyanı ortaya tullayıb. Bunu demək artıqdır ki, bu informasiya müvafiq prosedurlardan keçərək təsdiqlənməli idi. Məhz bundan çıxış edilərək Interpola xarici vətəndaşın yoxa çıxmasına və onun Birləşmiş Ştatların ərazisində olduğuna dair sorğu göndərilib”.

Xanım Zakharova daha geniş təfərrüat verməyib.

Sentyabrın 9-da ABŞ mediası MKA xəbərçisinin 2017-ci ildə Rusiyadan çıxarılmasına dair məlumatlar dərc edən kimi, Rusiyanın Kommersant qəzeti də bu xəbərçinin Smolenkov ola biləcəyi barədə məqalə çap edib.

Vətəndaş qeydiyyatı sənədlərindən məlum olur ki, Smolenkov və arvadının Vaşinqton ətrafında, Virciniyanın Stafford qəsəbəsində dəbdəbəli malikanəsi var.

AzadlıqRadiosunun müxbiri sentyabrın 10-da həmin evə baş çəkəndə görüb kü, malikanə pəncərələrinin örtükləri kip bağlanıb.

Qapı zənginə cavab verən olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG