Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Rusiya hesabatının redaktəli variantı apreldə hazır olacaq


Baş prokuror William Barr
Baş prokuror William Barr

ABŞ-ın baş prokuroru William Barr deyib ki, xüsusi prokuror Robert Mueller-in Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair təhqiqatının redaktə olunmuş geniş variantı aprelin ortalarınadək açıqlanacaq.

Barr martın 29-da Nümayəndələr Palatasının və Senatın Ədliyyə komitələrinin başçılarına göndərdiyi məktubda bildirib ki, o hazırda 400 səhifəlik hesabatdan xüsusilə həssas hissələrin çıxarılması prosesindədir.

Barrın dediyinə görə bu işin sürəti redaktə olunmuş hesabatın aprelin ortalarına, bəlkə də bir az tezhazır olacağını deməyə əsas verir.

Mueller öz təhqiqatını rəsmən martın 22-də başa çatdıraraq onun hesabatını baş prokurora təqdim edib.

Xüsusi prokuror Trump-ın seçki kampaniyası ilə Rusiya arasında seçkidə qalib gəlmək məqsədilə sövdələşmə olduğunu isbata yetirə bilməyib. O habelə Trump-ın ədalətə əngəl yaradıb-yaratmaması məsələsində də qəti fikrə gəlməyib.

Barr bildirib ki, o özü və müavini Rod Rosenstein Mueller-in dəlillərinin prezidentin ədalətin qarşısını almasına dair iddiaların təsdiqi üçün kafi olmadığı nəticəsinə gəliblər.

Barr bunu xüsusilə vurğulayıb ki, hesabatın bəzi hissələri məxfi saxlanmalıdır, çünki qaydalara görə gizli münsiflər məhkəməsi barədə məlumat ictimaiyyətə açıqlana bilməz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG