Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 11:33

Rusiya-Gürcüstan müharibəsi barədə məhkəmə qərarı açıqlanıb


Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsi

Rusiya özünü müstəqil elan etmiş Cənubi Osetiya və Abxaziyada insan haqlarının pozulmasında təqsirlidir, lakin 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi zamanı bu regionlara görə məsuliyyət daşımır.

Avropa İnsan Haqları Məhkəməsinin yanvarın 21-də elan edilmiş qərarında belə deyilir.

Strasburqda yerləşən məhkəmə ayrıca olaraq Rusiyanı Gürcüstan əsirlərinə işgəncələr verilməsində, mülki şəxslərin azadlıq və təhlükəsizlik hüquqlarının pozulmasında, müharibə zamanı Gürcüstan vətəndaşlarının qətllərinin araşdırılmasından imtina edilməsində təqsirli bilib.

Qərarda deyilir ki...

AİHM-in qərarında deyilir ki, bu pozuntular habelə 2008-ci il 12 avqust atəşkəsindən sonrakı dövrə də aiddir və döyüş əməliyyatları zamanı baş vermiş hadisələr bilavasitə Rusiyanın hüquqi məsuliyyəti altına düşmür.

Qərarda deyilir:

"Rusiya 2008-ci il, avqustun 12-dən oktyabrın 10-a, yəni Rusiya qoşunlarının rəsmi çıxarılması tarixinədək Cənubi Osetiya, Abxaziya və “bufer zonası” üzərində tam nəzarətə malik olub”.

Müharibədə həlak olan Gürcüstan əsgərlərinin məzarları
Müharibədə həlak olan Gürcüstan əsgərlərinin məzarları

AİHM belə bir nəticəyə gəlib ki, Moskva oktyabrın 10-dan sonra özünü müstəqil elan etmiş ərazilərdə hərbi mövcudiyyətini saxlayıb.

Beləliklə, hərbi əməliyyatlardan sonra baş verən bütün hadisələr də Rusiyanın yurisdiksiyasına düşür.

Gürcüstan Ədliyyə Nazirliyi AİHM-nın qərarını “tarixi” adlandırıb.

Nazirlik iddia edir ki, məhkəmənin qərarı münaqişələrin tənzimlənməsində və Gürcüstanın ərazi bütövlyünün bərpasında mühüm alət sayıla bilər.

Gürcüstan sübut etməyə çalışır ki...

Tbilisi sübut etməyə çalışırdı ki, Avropa İnsan Haqları Konvensiyası təkcə dinc dövrə deyil, həm də döyüş əməliyyatlarının getdiyi vaxtlara da şamil edilməlidir.

Lakin Rusiyanın AİHM yanında səlahiyyətli işlər müvəkkili Mixail Qalperin bunun beynəlxalq humanitar hüquqa zidd olduğunu bəyan edib.

Gürcüstanın separatçı bölgəsi – Cənubi Osetiyada hərbi əməliyyatlar başlanandan dərhal sonra – 2008-ci il, avqustun 7-dən 8-ə keçən gecə Rusiya qoşunları Gürcüstan ərazisinin dərinliklərinə daxil olub.

Bunun nəticəsində Tbilisi və Moskva aralarındakı diplomatik münasibətləri dayandırıblar.

Rusiya tərəfinin iddiasına görə Gürcüstanın apardığı əməliyyatlar nəticəsində Rusiya sülhməramlıları da daxil onlarca hərbçi, habelə 1500-dək dinc sakin həlak olub.

Bir neçə gün davam edən münaqişə dövründə Rusiya ilə sərhədi 35 min qaçqın keçib.

Moskva inkar edir

Gürcüstanın verdiyi rəsmi məlumata görə müharibədə 200-dək Gürcüstan əsgəri həlak olub və ya itkin düşüb, 2000-dək hərbçi və polis yaralanıb.

Gürcüstan hərbi əməliyyatlar dayanandan dərhal sonra AİHM-ə müraciət edib.

Müraciətdə deyilirdi ki, Rusiya hərbçiləri və onların nəzarətində olan separatçı döyüşçülər Abxaziya və Cənubi Osetiya da daxil ölkənin bir sıra yerlərinə nizamsız və aşırı hücumlar ediblər.

Rusiya bu iddiaları rədd edib.

Müharibədən az sonra Moskva separatçı Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb. Amma dünyanın demək olar, bütün ölkələri bu iki ərazini Gürcüstanın tərkib hissəsi kimi tanıdıqlarını bir daha bəyan ediblər.

Hazırda hər iki bölgədə Rusiya qoşunları yerləşdirilib.

XS
SM
MD
LG