Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Moskva sülhməramlılarla bağlı Moldovaya xəbərdarlıq edir


Dnestryanıda Rusiya hərbçiləri
Dnestryanıda Rusiya hərbçiləri

Peskovun jurnalistlərə deməsinə görə, Rusiya Dnestryanı bölgədə “çox vacib rol” oynayır və orada “status kvoda dəyişiklik sabitsizliyi ciddi şəkildə pozar”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moldovanın separatçı Dnestryanı bölgəsindəki silah anbarlarının Rusiya hərbçiləri tərəfindən mühafizəsinin dayandırılması ciddi insidentlərə səbəb ola bilər.

RIA Novosti agentliyinin xəbərinə görə Lavrov xatılrladıb ki, Rusiya sülhməramlıları da, Moldova və Ukrayna sülhməramlıları kimi münaqişə bölgəsində ATƏT tərəfindən də bəyənilmiş 5+2 qrupunun qərarları əsasında xidmət edirlər:

"Onlar orada ilk növbədə regionun stabilliyini qoruyurlar. Bunun prinsipial əhəmiyyəti ondadır ki, orada hər hansı yeni qanlı münaqişənin alovlanması baş verməsin”.

Lavrov Rusiya hərbçilərinin Moldovadakı ikinci qrupunun məsələsinə də toxunub. Bu qoşun birləşməsi orada sovet vaxtından qalma silah anbarlarını mühafizə edir:

"Bu anbarlar elə bir vəziyyətdədir ki, onların üzərində nəzarətin dayandırılması çox ciddi insidentlərə yol aça bilər”.

***

Kreml Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun separatçı Dnestryanı regiondan Rusiya hərbçilərinin çıxarılması çağırışlarını rədd edib, belə bir addımın “ciddi sabitsizlik” yarada biləcəyini deyib.

Avropa Birliyi ilə əlaqələri yaxınlaşdırmaq tərəfdarı olan Sandu Qərb və Rusiyayla münasibətləri balanslaşdırmaq vədi verib. O, iki həftə öncə prezident seçkisinin ikinci raundunda rusiyapərəst prezident İqor Dodonu məğlub edib.

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

“Status kvoda dəyişiklik”

Dünya Bankının keçmiş iqtisadçısı olan Sandu noyabrın 30-da Dnestryanı regiondan Rusiya hərbçilərini çıxarmağa, onları ATƏT-in mülki müşahidəçiləri ilə əvəzləməyə çağırıb. O, Moskva ilə dialoq istədiyini deyib.

“Biz öz ərazisində xarici hərbçiləri istəməyən müstəqil ölkəyik”, – Sandu mətbuat konfransında deyib.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə buna cavabında deyib ki, Rusiya Kişinaudakı hakimiyyətin “konstruktiv” qalacağını gözləyir.

Peskovun jurnalistlərə deməsinə görə, Rusiya Dnestryanı bölgədə “çox vacib rol” oynayır və orada “status kvoda dəyişiklik sabitsizliyi ciddi şəkildə pozar”.

"Laçın dəhlizində" azərbaycanlılar yaşaya biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:12:00 0:00

Atəşkəs əldə olundu və...

Dnestryanı region 1990-cı ildə vaxtkı sovet Moldovasından ayrılaraq müstəqillik elan edib. Moldova qüvvələri və Moskvanın dəstəklədiyi Dnestryanı region 1992-cı ildə qısamüddətli müharibə aparıb. O zaman Moldovanın qonşu Rumıniya ilə birləşə biləcəyi ehtimalı səslənirdi.

Rusiya hərbçiləri regiona girərək separatçıların tərəfini tutdu və münaqişə atəşkəs razılaşması ilə başa çatdı. Hazırda Dnestryanıda 1400-dək Rusiya hərbçisi sovet dövründən qalmış silah depolarını qoruyur. Regionun müstəqilliyini heç bir ölkə tanımayıb, ancaq Moskva rəsmən buradakı separatçı rejimi dəstəkləyir.

Moldovada noyabrın 15-də seçkinin ikinci turundan sonra Putin Sandunu təbrik edib. Bu seçki Ukrayna və Rumıniya arasında yerləşən ölkənin AB, yoxsa Moskva arasında seçim edəcəyinə dair referendum hesab olunurdu.

Sandu dekabrın 24-də prezident andı içəcək.​

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG