Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:31

Rusiya Gürcüstana qarşı ‘şərab şantajına’ qayıdır


The Independent yazır ki, Rusiya keçmişdə olduğu kimi bu dəfə yaranmış gərginlikdə də Gürcüstandan onun ən əsas ixracat məhsulu olan şərabla qisas alır.

Rusiya hakimiyyət orqanları iyunun 25-də bildiriblər ki, ölkənin ticarət standartlarına cavabdeh olan qurumları Gürcüstandan idxal olunan şərabın keyfiyyətinin yoxlanışına nəzarəti sərtləşdirəcək.

Qərb mediası isə diqqəti belə bir məqama çəkir ki, Gürcüstan şərabının keyfiyyətini yoxlamaq Rusiyanın yadına Tbilisi və Moskva arasında gərginliyin artdığı bir vaxta “düşüb”.

Qəzet yazır ki, bu, anti-Rusiya etirazlarına son qoyması üçün Gürcüstana üstüörtülü xəbərdarlıqdır.

İyunun 25-də özünün dördüncü gününə daxil olmuş etirazlar iyunun 21-də Rusiya millət vəkilinin Gürcüstan parlamenti spikerinin kreslosunda oturmasına gürcü millət vəkillərinin hiddətli reaksiyası ilə başlanıb.

Etirazların birinci günündə 240 nəfər xəsarət alıb, 4 nəfər gözünü itirib.

Kreml bu etirazları həmişə olduğu kimi “rusofobiya qaraqışqırığı” adlandırır və bildirir ki, Moskva bu hadisələrə müvafiq reaksiya verəcək.

İyunun 22-də Rusiya prezidenti Vladimir Putin Moskva və Tbilisi arasında bütün təyyarə uçuşlarını qadağan edən fərman imzalayıb.

Bu fəman iyulun 8-də qüvvəyə minəcək və Gürcüstanda turist mövsümünün qızğın çağına təsadüf edir.

Gürcüstana çaxır embarqosu qoyulması ideyası Rusiyanın dövlət mediasında iyunun 23-dən təbliğ olunur.

“Vesti nedeli” televiziya verilişini aparan Dmitry Kiselyov canlı yayında soruşub:

“Gürcü çaxırı bizim nəyimizə lazımdır? Rusiya piştaxtalarında bu şərablar olmasa, heç kim susuzluqdan ölməz”.

Şərab Gürcüstan ixracatının 70 faizini təşkil edir
Şərab Gürcüstan ixracatının 70 faizini təşkil edir

İyunun 24-də Gürcüstan prezidenti Salome Zurabishvili Rusiya ilə gərginliyin yaradılmasına görə “Kremlə bağlı 5-ci kolonu” ittiham edib.

Gürcüstanda bir çoxları Rusiyanın 2008-ci ildə ölkəyə silahlı hücumunu və Abxaziya ilə Cənubi Osetiyanın Gürcüstandan qopardılmasını unutmayıblar.

Bir çoxları bunu da xatırlayırlar ki, 2008-ci il müharibəsinin ərəfəsində də Moskva ticarət embarqosu kimi tədbirlərə əl atmağa başlamışdı.

2008-ci il müharibəsi də Rusiyanın Gürcüstan çaxırına “sanitariya iradları” ilə başlamışdı.

Həmin sanksiyalar əslində ovaxtkı prezident Mikheil Saakashvili-nin avroatlantika niyyətlərinə qarşı yönəlmişdi.

2006-cı il embarqosu təkcə Gürcüstan şərabını deyil, həm də Borjomi mineral sularının idxalını əhatə edirdi. O vaxt Borjomi Rusiyanın mineral suya ehtiyacının 13 faizini ödəyirdi. Bu qadağan 2013-cü ildə qaldırılandan sonra da Borjomi əvvəlki ixrac həcmlərini bərpa edə bilmədi.

Lakin mineral sudan fərqli olaraq həmin 2013-cü ildə embarqo qaldırılandan az sonra Gürcüstan çaxırının ixracatı tez bir zamanda bərpa olunmuşdu.

Hazırda şərablar Gürcüstan ixracatının 70 faizini təşkil edir. Rusiya Gürcüstan məhsulu ilə rəqabət apara biləcək qırmızı şərab məhsulu istehsal edə bilmir.

İyunun 24-də keçirilmiş mətbuat konfransında Putinin sözçüsü daha açıq danışıb. O deyib ki, keyfiyyətə yeni nəzarət tədbirləri müvəqqətidir və “Gürcüstan qeyri-rusofob məcraya qayıdan kimi” ləğv olunacaq.

Gürcüstan iyunun 24-də bildirib ki, ölkə ərazisinə daxil olan hər bir xarici turistə bir şüşə gürcü çaxırı hədiyyə ediləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG