Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:47

Rusiyada ‘FTX və hakerlər’ qalmaqalı ilə bağlı bir hökm də oxundu


İllüstrasiya
İllüstrasiya

Moskva məhkəməsi Rusiyanın əsas məxfi orqanı – Federal Təhlükəsizlik Xidmətinə (FTX) bağlı qalmaqalla əlaqəsi olan internet biznesmenini 7 il müddətinə azadlıqdan məhrum edib.

Moskva Şəhər Məhkəməsinin aprelin 1-də məhkum etdiyi Georgy Fomchenkov-un işi kompüter hakerləri ilə FTX arasındakı qaranlıq əlaqələrin üstünə azacıq işıq salıb.

Rusiyanın Interfax və TASS xəbər agentlikləri aprelin 1-də bildiriblər ki, Fomchenkov təhqiqatla əməkdaşlığa razılıq verib.

Məhkəmənin sözçüsü Ulyana Sopolova deyib ki, Fomchenkov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi üzrə təqsirli bilinib. O cəzasını sərt rejimli koloniyada çəkəcək.

Fomchenkov FTX-nin kiberbölmələrindən olan İnformasiya Təhlükəsizliyi Mərkəzi ilə bağlı təhqiqat üzrə mühakimə edilmiş dörd nəfərdən biridir.

Bu mərkəzdə vəzifəli zabitlərdən polkovnik Sergei Mikhailov mart ayında hərbi tribunalın hökmü ilə 22 il müddətinə azadlıqdan məhrum olunub. O dövlətə xəyanətdə ittiham olunurdu.

Əvvəllər Rusiya Daxili İşlər Nazirliyində və Moskvada mənzillənmiş Kaspersky Lab kibertəhlükəsizlik firmasında işləmiş Ruslan Stoyanova 14 il iş kəsilib.

Dördüncü müttəhim – müstəntiqlərlə təqsirin etirafı sazişinə girmiş Dmitry Dokuchayev barəsində hələlik hökm çıxarılmayıb.

Dokuchayev FTX-nin kiberbölməsində Mikhailov-un müavini oluib.

Prokurorlar Mikhailov və Stoyanovu məxfi informasiyanı ABŞ və Qərb kəşfiyyatına ötürməkdə ittiham edirdilər. Bu məxfi informasiya isə Rusiya biznesmeni və dünyanın ən böyük haker əməliyyatlarını həyata keçirdiyinə görə məhkum edilmiş Pavel Vrublevsky barədə idi.

Rusiya mediası adı çəkilməyən rəsmilərə istinadən bildirir ki, Mikhailov-a məxfi informasiyaya görə xarici agentliklər 10 milyon dollar ödəyib.

Dockuchayev-ə qarşı habelə ABŞ Ədliyyə Nazirliyi 2014-cü ildə Yahoo-nun yüz milyonlarla hesabını sındırdığına görə ittiham irəli sürüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG