Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 00:36

Rusiya Twitter və Facebook-a 9 ay vaxt verdi


Rusiyanın dövlət kommunikasiyalara nəzarət qurumu Twitter və Facebook sosial media şirkətlərinə rusiyalı istifadəçilərə aid məlumatların Rusiyadakı serverlərə keçirilməsi üçün 9 ay vaxt verib.

Interfax aprelin 16-da Roskomnadzorun başçısı Aleksandr Zharov-a istinadən bildirir ki, Moskva bu şirkətlərin Rusiyanın məlumat qanunlarına riayət edəcəklərinə ümid edir. Bu halda sözü gedən platformaların Rusiyada bloklanmağına ehtiyac qalmayacağı qeyd olunur.

Aleksandr Zharov deyib ki, bu şirkətlər Rusiya məhkəməsi tərəfindən cərimə ediliblər və onlara ölkə qanunlarına riayət etmələri üçün vaxt verilib.

Rusiya və bir çox başqa ölkələr “məlumatlar qalmalıdır” tipli qanunvericilik aktları qəbul ediblər. Bu qanunlar ölkə vətəndaşlarına aid məlumatların həmin ölkələrin serverlərində saxlanmasını tələb edir.

ABŞ sosial media şirkətləri bu sayaq qanunları rədd edirlər.

Rusiyada 2015-ci ilin sentyabrında qəbul edilmiş qanun daxili və xarici şirkətlərdən Rusiya vətəndaşlarına aid məlumatların Rusiyadakı serverlərdə saxlanmasını tələb edir.

Roskomnadzor bu qanuna tabe olmayanları cərimələmək və bloklamaq səlahiyyətinə malikdir.

2016-cı ilin noyabrında Roskomnadzor LinkedIn işgüzar şəbəkəsini bloklamış və bildirmişdi ki, bu şirkət sözü gedən qanunu pozub.

Bu ilin yanvarında isə Rusiyada guya qanunvericiliyə tabe olmadıqlaırna görə Twitter və Facebook şirkətlərinə qarşı inzibati araşdırma başlanıb.

Moskva məhkəməsi eyni ittihamla daha iki şirkəti hər biri 3000 rubl (46 dollar) olmaqla cərimə edib. Bu şirkətlər Rusiya istifadəçilərinə aid məlumatlarn harda olması barədə xəbər vermədiklərinə görə qanunla nəzərdə tutulan minimum məbləğdə cərimə ediliblər.

Rusiyanın inzibati xətalar məcəlləsinə görə qanunu pozan şirkətlər cərimə oluna, habelə onlara qanuna tabe olmaları üçün 6 aydan bir ilədək vaxt verilə bilər.

XS
SM
MD
LG