Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 00:21

Rusiya hökuməti Twitter və Facebook-a təzyiq göstərir


Facebook sosial şəbəkəsi

Rusiyanın kommunikasiyalara nəzarət qurumu ABŞ-ın Twitter və Facebook sosial şəbəkələrinə qarşı administrativ prosedurlar başladıb. Bu şəbəkələrin rusiyalı vətəndaşlar barədə şəxsi məlumatların Rusiyadakı serverlərdə saxlanmasını tələb edən qanunvericiliyə əməl etmədiyi iddia olunur.

Roskomnadzor yanvarın 21-də bildirib ki, bu iki şirkət sözügedən qanunvericiliyə necə əməl edəcəyinə dair planlarını açıqlamayıb.

“Facebook və Twitter sosial şəbəkələrinə nəzarət edən şirkətlər tələblərimizə yalnız rəsmi cavab veriblər ki, rusiyalı istifadəçilərin şəxsi databazalarının Rusiyada yerləşdirilməsini təsdiqləyirlər”, – Roskomnadzorun mətbuat xidməti bəyanatında deyir.

Aleksandr Zharov
Aleksandr Zharov

Agentliyin rəhbəri Aleksandr Zharov hələ dekabrda şirkətlərə xəbərdarlıq etmişdi ki, Rusiya qanunvericiliyinə əməl etmirlər. Agentlik yanvarın 17-ni son tarix qoymuşdu, cavabları alıb, ancaq onları yetərli saymayıb.

Administrativ prosedura uyğun olaraq, şirkətlər 5 min rubl (75 dollar) cərimələnə, onların qanunvericiliyə əməl etməsi üçün altı aydan bir ilədək vaxt qoyula bilər.

Şəxsi informasiyalar barədə qanun 2015-ci ilin sentyabrında qəbul olunub, yerli və xarici şirkətlərdən rusiyalı vətəndaşların şəxsi məlumatlarını Rusiyadakı serverlərdə saxlamaq tələb olunur.

XS
SM
MD
LG