Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:44

Rusiya Ermənistandakı hərbi-hava bazasını gücləndirir


Sukhoi Su-30 SM hərbi qırıcı təyyarəsi
Sukhoi Su-30 SM hərbi qırıcı təyyarəsi

Rusiyanın dövlət xəbər agentliyi TASS ölkənin hərbi mənbələrinə istinadən bildirir ki, Rusiya gələn il özünün Ermənistandakı hərbi bazasını gücləndirmək məqsədilə köhnə MiG-29 qırıcılarını, yeni çoxməqsədli Su-30SM qırıcılarının 4-cü nəsli ilə əvəzlətəyəcək.

Rusiyanın Ermənistanın Erebuni aerodromunda mənzillənmiş 3624 nömrəli hərbi-hava bazasında hazırda 18 MiG-29 var. Məhz bu təyyarələrin əvəzinə bazaya Su-30SM qırıcıları gətirləcək.

Agentlik xəbər verir ki, təyyarələrin gətirilməsi 2020-2021-ci illərdə iki mərhələdə həyata keçiriləcək.

TASS agentliyi hərbi mənbəyə istinadən bunu da xəbər verir ki, göstərilən müddətdə pilotların yeni təyyarələrin idarəsi üçün təlimləndirilməsi yer alacaq.

Mənbə bildirib ki, pilotlar təkmilləşdirmə kurslarını keçmək üçün Lipetskdəki aviamərkəzə göndəriləcəklər.

Sukhoi-30 təyyarəsi – çoxfunksiyalı qırıcıdır. NATO-da kod adı Flanker C-dir. O, bütün hava şəraitlərində əməliyyat aparır, istər səma-səma, istərsə də səma-yer raketləri ilə silahlanır.

Ekspertlərin fikrincə, adlandırılmasında fərq olsa da Su-30 digər “Flankerlər” kimi öz baza təyyarələrinə - Su-27 təyyarəsinə struktur cəhətdən demək olar ki identikdirlər.

AzadlıqRadiosunun Erməni xidməti xatırladır ki, bu xəbərdə söhbət Ermənistanın Rusiyadan Su-30SM təyyarələri alması niyyətindən yox, məhz Rusiya bazasının gücləndirilməsindən gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG