Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:14

Rusiya dünyaya 'kompromat' ixrac edir


 Donald Trump-la Vladimir Putinin fotosu olan süvener, 20 yanvar 2017
Donald Trump-la Vladimir Putinin fotosu olan süvener, 20 yanvar 2017

Ötən il ABŞ-da keçirilən prezident seçkiləri və Donald Trump sayəsində Rusiya öz milli məhsullarından birini - "kompromat"ı dünyaya tanıtdı.

"The Washington Post""Chicago Tribune" qəzetləri Mərilənd Universitetinin professoru Sarah Oates-ın “kompromat”fenomeninə həsr olunmuş məqaləsini dərc edib. Məqalənin bəzi hissələri diqqətinizə yetirilir.

Ötən il ABŞ-da keçirilən prezident seçkiləri və Donald Trump sayəsində Rusiya öz milli məhsullarından birini - media manupulyasiyasının (yönləndirməsinin) bir növü olan "kompromat"ı dünyaya tanıtdı.

Buna da bax: Dolların satış qiyməti psixoloji həddə yaxınlaşır [video]

“Kompromat”ın özəlliyi odur ki…

Rus dilində "komprometiruyuşiy material" ("ifşa edib gözdən salan material") ifadəsinin qısaltması sayılan “kompromat” xəbər və şantajın qarışığıdır. Bu zaman tez-tez seks və pornoqrafiyaya əl atılır. “Kompromat”ın əsas özəlliyi onun yalnız şübhə toxumu səpməsindədir, iddia sonadək sübuta yetirilmir.Ola bilsin, “kompromat” artıq ABŞ-a da gəlib-çıxıb.

Amerikada prezident seçkiləri, 2 dekabr 2016
Amerikada prezident seçkiləri, 2 dekabr 2016

Ötən həftə ABŞ kəşfiyyatı Trump-ı xəbərdar edib ki, Rusiya onun haqqında qalmaqallı məlumat toplayıb. Onun müşavirlərinin Rusiya bağlantısı barədə də prezidentə məlumat verilib. Seçki kampaniyası boyunca da aramsız “kompromat” gözə dəyirdi. Demokratların Milli Komitəsinin serverlərinə rus hakerlərinin hücumu buna misaldır.

Kreml Trump-ın Rusiyaya səfəri zamanı onun haqqında “kompromat” topladığını inkar edib.

Skuratov olayı

Fotoların redaktə oluna bildiyi Stalin dönəmində “kompromat” sahəsi bir xeyli inkişaf edib.O zaman Stalinin siyasi opponentləri fotoşəkillərdən səliqə-sahmanla silinirdi. Putin rejiminin bir neçə opponenti hazırda uşaq pornoqrafiyası ittihamları ilə üzləşib. Ancaq onların fikrincə, bu pronoqrafiyanı xüsusi xidmətlər yerləşdirib.

Buna da bax: ABŞ-da 45-ci prezidentin andiçmə mərasimi

2010-cu ildə internetə Rusiya müxalif jurnalist və siyasətçilərinin eyni gənc qadınla sekslə məşğul olduğunu görüntüləyən videolar sızdı. Ötən il evil bir müxalifət partiyası liderinin öz köməkçisi ilə sekslə məşğul olduğunu göstərən videonun çıxması bütün partiyanı zəiflətdi. Putin bu işdə illərin təcrübəsinə yiyələnib. Onun hələ FSB-nin rəhbəri olduğu 1999-cu ildə ozamankı prezident Boris Yeltsinə baş prokuror Yuri Skuratovu sıradan çıxarmağa kömək etdiyi deyilir. Skuratov hansı dövlət rəsmilərinin xarici bank hesablarına pul ötürdüyünü açıqlayacağını demişdi. Yeltsin parlamenti Skuratovu çıxarmağa inandıra bilməyəndə, Skuratova oxşayan kişinin fahişələrlə seks videosu köməyə gəldi. Video televiziyada göstərildi.

Navalny olayı

2012-ci ildə rus mediası müxalif siyasətçi

Aleksei Navalny Ekho Moskvy radiosunda, Moskva, 14 dekabr 2016
Aleksei Navalny Ekho Moskvy radiosunda, Moskva, 14 dekabr 2016

-nın guya Putinin köhnə düşməni Boris Berezovsky ilə şəklini yaydı. Şəklin altında müxalifətin xaricdən maliyyələşdirildiyi deyilirdi. Ancaq sonra Navalny şəklin orijinalını təqdim etdi. O, gerçək fotoda tam başqa adamla görüntülənmişdi. Bunun ardınca ruslar internetdə Navalny-nın Arnold Schwarzenegger, Adolf Hitler və hətta yadplanetlilərlə şəkillərini yerləşdirirdilər.

“Kompromat”ın “gözəlliyi” həm də onun çevikliyindədir. Əhvalat-tarixçə gərəkli effekti verməyəndə, yaxud onu inkar etmək üçün dəllillər çox olanda, “kompromat”I quraşdıranlar, üzrsüz-filansız, sakitcə həyatlarına davam edirlər. Əhvalat qəfildən yoxa çıxsa da, auditoriyanın beynində çaşqınlıq toxumunu səpib-cücərdir. Rusiya xüsusi xidmətlərinin guya Trump-a qarşı topladığı “kompromat”ın dəlillərini görmək ehtimalı çox azdır, ancaq baş verənlər yaddaşlarda qalacaq. Artıq mövcud olmayan sovet təbliğatı hələ də əks-səda verməkdədir. “Kompromat” matryoşka kimi "normal" xəbərlərin içinə də müdaxilə edərək, həqiqətlə yalanı bir-birinə qarışdırıb.

ABŞ-dakı seçki kampaniyası göstərdi ki…

ABŞ-dakı seçki kampaniyası zamanı edilən etiraflar “kompromat”ın artıq daxili siyasətlə kifayətlənməyib, beynəlxalq siyasi alətə çevrildiyini göstərdi. Bu, Rusiyanın beynəlxalq informasiya savaşının bir hissəsidir.

Buna da bax: 'Formula -1': Biletin qiyməti orta aylıq maaş qədərdir

Amerikalıların xəbərləri rus mətbuatından oxuma ehtimalı azdır. Ancaq bu o demək deyil ki, rus təbliğatı ABŞ-dakı media mühitindən sui-istifadə edərək, siyasi xəbərlərə təsir edə bilməz. Daim Amerikanın maraqlarına qarşı çıxmış bir ölkənin Amerika siyasətçilərindən biri haqqında dediklərinə niyə inanmalıyıq ki? Amma yenə də rus “kompromat”ı Birləşmiş Ştatlardakı parçalanmadan uğurla yararlana bilir.

“Kompromat” mediadan bütün insanlara xidmət üçün yox, məhz elitanın əlində alət kimi istifadə olunmasının təzahürüdür. Bir zamanlar dünyada jurnalistlər üçün ən təhlükəli yer Rusiya sayılardı. Çox sayda jurnalist öz peşəkar fəaliyyətinə görə hücuma məruz qalar və öldürülərdü. İndi zorakılıq xeyli azalıb, çünki nəzarət Kremlin əlində cəmləşib. Ruslarsa azad sözün olmadığı xof mühitində cəmiyyətdən təcrid edilmiş az sayda müstəqil səsə möhtac qalıblar.

Yarımdoğrulara əl atılanda…

Trump kimi siyasətçilər yarımdoğrulara, qurama ittihamlara əl atanda, Kremlin taktikasını təkrarlamış olurlar. İndi Trump-ın özü bu taktikanın qurbanı ola bilər və bəlkə bu səbəbdən azad media dəyərlərinə yenidən baxmaq istəyər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG