Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:16

Dolların satış qiyməti psixoloji həddə yaxınlaşır [video]


Dolların qara bazarı 'genişlənir'
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Dolların "qara bazar"da dövriyyəsi genişlənir [video]

Hökumətin dolların "qara bazar"ını aradan qaldırmaq barədə axırıncı qərarı hələlik fayda verməyib, "qara bazar" öz işindədir.

Adamlar vergidən və nəzarətdən kənar valyuta alıb satmaqda davam edir.

Bu haqda AzadlıqRadiosu-nun əməkdaşları xəbər verir.

"Qara bazar", əksinə, önə çıxdı

Keçən həftə Mərkəzi Bank qərar vermişdi ki, banklara qoyulan 4 faizlik marja tələbi aradan qaldırılsın. Gözlənti var idi ki, banklar dolları rəsmi şəkildə satmaqda maraqlı olacaq.

Buna da bax:​ Ekspert: Mərkəzi Bank 'qara bazar'ı çiçəkləndirir

Amma "qara bazar"da alış 1 dollar 1 manat 84 qəpiyə alınır, 1 manat 98 qəpiyə satılır. Satış qiyməti psixoloji hədd sayılan 2 manata yaxınlaşır.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu marjanın ləğvinin effektiv olmamasını belə izah edir:

“Məqsəd bu idi ki, "qara bazar"lar yığışsın, amma əksinə, "qara bazar"lar ön mövqeyə çıxdılar. Bu da ondan irəli gəldi ki, kommersiya bankları dolların alış və satış kursu arasındakı fərqi yüksəltdilər. Bəzi kommersiya banklarında bu, 5 qəpikdən 10 qəpiyə kimi dəyişir. Belə olan halda "qara bazar"lar daha çevik kurs yeritməyə başladılar və "qara bazar"ın çevik kursu nəticəsində qara bazarın məzənnəsi daha cəlbedici göründü və ona görə dollara, avroya tələbatı olanlar "qara bazar"a müraciət etməyə başladılar”.

Buna da bax:'Qiymətlər Avropa qiymətləri maaşlar Avropadan 10-15 dəfə azsa kim kitab alacaq'

Banklar özləri "qara bazar"a üstünlük verirlər

Qubad İbadoğlu hesab edir ki, kommersiya bankları rəqabətli şəraitdə işləməlidir və valyutanın alış-satış qiyməti arasındakı rəqabətə stimul verilməlidir. Onun sözlərinə görə, banklar özləri "qara bazar"la əlaqəli fəaliyyətə üstünlük verirlər və bu da bankların şəxsi maraqlarına xidmət edir. İqtisadçı bildirir ki, "qara bazar" indi virtual şəbəkədə fəaliyyət göstərir - banklara yaxın adamlar bu alış-satışı telefonla da həyata keçirirlər.

“"Qara bazar"ın öz riskləri var. Amma vətəndaşlar bunu nəzərə almırlar. Daha çox qazanmaq, daha çox valyuta satmaq istəyi riskləri arxa plana keçirib. Ona görə də "qara bazar"ların dövriyyəsi genişlənməkdədir və marjanın ləğvi "qara bazar"ların ləğvinə gətirib çıxarmadı”.

Buna da bax:​ Rəsmən - 1,7575, 'qara bazar' - 1,93

Biz vətəndaşlardan soruşmuşuq ki, valyutanı bankdan yoxsa, bazardan alırlar.

Dolları əldən, yoxsa bankdan alırsız?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Bu arada Mərkəzi Bank rəsmi məzənnəni daha sürətlə artırmağa başlayıb.

Adətən Mərkəzi Bank növbəti günün rəsmi məzənnəsini hərracın nəticəsi ilə eyni həddə müəyyən edir. Ancaq yanvarın 19-na rəsmi məzənnə fərqli olub. Yanvarın 18-də valyuta hərracında manatın orta məzənnəsi 1.8285 olmuşdu. Ancaq Mərkəzi Bank növbəti günə məzənnəni hərracdakı məzənnədən çox, 1.8311 manat müəyyən etdi.

Buna da bax: Dollar qara bazarda 'od tutub yanır'

Bank məsələləri eksperti Əkrəm Həsənova görə, ölkənin baş bankı öz maraqlarını güdür.

“Mərkəzi Bank görür ki, banklar hərracda ondan nisbətən ucuz alıb bazarda çox baha satır. Ona görə də, növbəti hərracın start qiymətini indidən artırır ki, dolları ucuz satmasın. Yəni, ehtiyatlarını qorumaqdan ötrü belə edir”.

Deyilənlərlə bağlı Mərkəzi Bankın mövqeyini öyrənməyə çalışsaq da sualımıza cavab ala bilmədik.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG