Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:23

Rusiya ABŞ bondlarını sürətlə satır


Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina

AzadlıqRadiosu yazır ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trump-la iki ölkə arasında korlanmış münasibətlərin düzəldilməsinə çalışdığı bir vaxtda Moskva ABŞ-ın qiymətli kağızları üzrə borclarından qlobal bazarlarda misli görünməmiş bir şəkildə xilas olmağa çalışır.

ABŞ Xəzinədarlığının iyulun 19-da açıqladığı məlumatdan görünür ki, bir vaxtlar ABŞ-ın qiymətli kağızlarının 10 ən böyük sahibi sırasında olan Rusiya indiyədək 100 milyard dollarlıq bondların demək olar hamısını satıb. Hazırda Rusiyanın nəzarətində yalnız 15 milyard dollarlıq qiyməli kağız qalır.

Rusiya tərəfindən ABŞ bondlarının misli görünməmiuş sürətlə satılmasını təhlilçilər iki ölkə arasında getdikcə mürəkkəbləşən vəziyyətlə izah edirlər.

Onlar bildirirlər ki, bu, ilk növbədə ABŞ-da Rusiya milyarderləri üzərinə qoyulmuş sanksiyalarla bağlıdır.

Bu sanksiyalar Rusiyanın ABŞ Xəzinədarlığının əsas investorlarının siyashısından çıxması ilə nəticələnib. Rusiyanın əlindəki bondların ümumi dəyəri 30 milyard dollara enib.

ABŞ Maliyyə Nazirliyinin 2010-cu il üçün məlumatına görə, Rusiya ABŞ borclarının 176 milyard dollarına sahib idi. Lakin Rusiya ABŞ-ın borcları üzrə bondları keçmiş prezident Barack Obama Moskva üzərinə sanksiyalar qoymağa başlayandan bəri sürətlə satmağa başlayıb.

Rusiya üzərinə sanksiyaların qoyulması prezident Donald Trump-ın administrasiyası vaxtında da artmaqda davam edib. Təkcə bu il prezident Putinin yaxın çevrəsi hesab olunan 38 fərd və şirkət üzərinə sanksiyalar qioyulub. Bunlardan 17-si Rusiya oliqarxları və rəsmiləridir.

Rusiya bondlarının təxminən yarısı sanksiyaların elan edildiyi aprel ayında satılıb.

Hər hansı xarici ölkənin ABŞ bondlarının 30-40 milyard dollarını birdən-birə satması, əhəmiyyətli dəyişiklik olsa da, misilsiz hal hesab olunmur.

Təhlilçilər bildirilər ki, ABŞ Xəzinədarlığının dəyəri 15 trilyon dollardır və milyardlarla dollar dəyişiklik vəziyyətə elə də ciddi təsir göstərə bilmir.

ABŞ borcları üzrə qiymətli kağızların 1, 2 trilyonuna sahib olan Çin Amerika borclarının ən böyük “sahibidir”. Onun ardınca Yaponiya, İrlandiya, Braziliya və Birləşmiş Krallıq gəlir.

AzadlıqRadiosu yazır ki, Moskva ABŞ Xəzinədarlığının borc kağızlarını satdığı bir vaxtda Rusiyanın Mərkəzi Bankı rekord həcmlərdə qızıl almağa başlayıb. Son vaxtlarda Rusiya qlobal qızıl idxalına görə Çini geridə qoyub.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina deyib ki, Rusiyanın ABŞ qiymətli kağızlarından qızıla keçməsi ölkənin üzləşdiyi maliyyə, iqtisadi və geosiyasi risklələ bağlıdır.

Nabiullina deyib ki, qızıl alınması Rusiya sərvətinin şaxələndirilməsinə imkan yaradır.

Allianz Investment Management firmasının baş investisiya strateqi Charlie Ripley deyib ki, Rusiyanın ABŞ-ın borc bazarındakı payı nəhəng olsa da, bu vəsait ABŞ Xəzinədarlığı üçün “dəryada damla” kimidir.

Ripley deyir ki, investorlar, əgər Çin özündəki ABŞ bondlarını satmağa başlayarsa, narahat olmalıdırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG