Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:05

Ukrayna deyir ki, Rusiya manevrlərdən sonra Belarusda qoşun saxlayıb


Alyaksandr Lukashenka Rusiya və Belarus əsgərlərini salamlayır
Alyaksandr Lukashenka Rusiya və Belarus əsgərlərini salamlayır

Sentyabrın 29-da Reuters agentliyi Ukrayna Silhalı Qüvvələri baş qərargahına istinadən bildirib ki, Moskva verdiyi vədə xilaf olaraq Belarusda keçirdiyi manevrlərdən sonra orada özünün qoşun hissələrini saxlayıb.

Viktor Mujenkonun Reuters agentliyinə müsahibədə verdiyi bu bəyanat Moskva və Kiyev arasındakı gərginliyi daha da artıra bilər.

Bu iddia habelə Belarus Müdafiə Nazirliyinin sentyabrın 28-də verdiyi xəbərlə ziddiyyət təşkil edir. Nazirlik rəsmi açıqlamasında bildirmişdi ki, Zapad 2017 hərbi təlimlərində iştirak edən Rusiya hərbçilərinin son eşelonu Belarusu sentyabrın 28-də tərk edib.

Mujenko deyib ki, "bizdə olan informasiyaya görə onlar bəyan edilmiş 12500 hərbçinin yalnız kiçik bir hissəsini Belarusdan çıxarıblar”.

Mujenko bunu da əlavə edib ki, Moskvanın Belarus ərazisində 3000 hərbçisinin olduğunu iddia etməsinə baxmayaraq əsl rəqəm bundan yüksəkdir.

Sentyabrın 14-20-də Belarusda və Rusiyanın qərb regionlarında keçirilən böyük hərbi manevrlər Moskvanın 2014-cü ildə Ukraynaya qarşı təcavüzündən sonra NATO ölkələrini ciddi narahat edirdi.

Moskva və Minsk bu hərbi təlimlərdə hər iki ölkədən 12700 hərbçinin iştirak etdiyini bildirsələr də, Qərb rəsmiləri əslində söhbətin 100 min əsgərdən getdiyini deyirdilər.

Belarus prezidenti Alyaksandr Lukaşenka təlimlərin son günündə bəyan etmişdi ki, manevrlərdən sonra bütün Rusiya hərbçiləri ölkəni tərk edəcəklər.

Rusiya Mujenkonun bəyanatına hələki münasibət bildirməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG