Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 11:06

2017-ci ildən Rusiyaya gələn xaricilərin barmaq izləri götürüləcək


Rusiya 2017-ci ildən etibarən ölkəyə gələn bütün əcnəbilərin barmaq izlərini götürəcək.

Bu barədə məlumatı Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy verib.

"Daxili İşlər Nazirliyi gələn ilin əvvəllərindən etibarən Rusiyaya gələn bütün xaricilərin barmaq izlərini götürəcək” – deyib Qorovoy Federasiya Şurasının iclasında.

O ümid etdiyini bildirib ki, əcnəbi həmkarları bu tədbirin zəruri olduğuna anlaşma ilə yanaşacaqlar.

Rusiya mənbələri xəbər verir ki, bundan əvvəl Avropa İttifaqı və ABŞ-dan gələn bütün əcnəbilərin barmaq izlərinin götürülməsi əlavə antiterror tədbiri kimi Rusiya Federasiyası İctimai Palatası tərəfindən təklif edilmişdi.

Hələ 2014-cü ilin sonlarında Rusiya prezidenti Vladimir Putin Rusiyaya gəliş vizası almış bütün xarici vətəndaşların və ya vətəndaşlığı olmayanların icbari biometrik qeydiyyatı barədə fərman imzalamışdı.

Rusiya mediası yazırdı ki, tədbirdən məqsəd terror şübhəlilərinin və qanunsuz miqrantların ölkəyə daxil olmasının qarşısının alınmasıdır.

Bu təklif ilkin olaraq 2015-ci ildə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən Avropa İttifaqının Rusiya vətəndaşlarının barmaq izlərinin götürülməsi tədbirinə cavab olaraq verilmişdi.

Bundan başqa buna bənzər təklif sözü gedən fərmandan bir neçə il əvvəl Rusiya İstintaq Komitəsi tərəfindən irəli sürülmüş, lakin sərhəd-keçid məntəqələrində lazımi avadanlığın quraşdırılması üçün böyük vəsaitlər tələb olunduğuna görə təxirə salınmışdı.

2014-cü ilin noyabrında isə ifrat millətçi Rusiya Liberal-Demokrat Partiyası ümumiyyətlə bütün Rusiya vətəndaşlarının barmaq izlərindən və DNT nümunələrindən ibarət məlumat bankının yaradılmasına dair qanun layihəsi ilə çıxış etmişdi.

XS
SM
MD
LG