Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 21:40

FSB Azərbaycan vətəndaşını terakt hazırlamaqda ittiham edir


Stavropolda Azərbaycan vətəndaşının saxlanması
Stavropolda Azərbaycan vətəndaşının saxlanması

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Azərbaycan vətəndaşını Yesentuki və Stavropolda teraktlar hazırlamaqda ittiham edir.

TASS dövlət xəbər agentliyi həmin vətəndaşa terakt hazırlamaq şübhəsi ilə ittiham irəli sürüldüyünü yazır.

FSB bildirir ki, saxlanılan şəxs Rusiyada qadağan olunmuş Ukrayna terror təşkilatına girib, daha sonra "təşkilatın rəhbərlərinin tapşırığı ilə Yessentukidə və Stavropolda bir sıra obyektlər – xüsusilə də hüquq-mühafizə orqanlarının inzibati binaları və nəqliyyat infrastrukturu barədə kəşfiyyat məlumatı yığıb".

Həmin şəxsin gərəkən əldəqayırma partlayıcı qurğuların hazırlanması üçün komponentlər əldə etdiyi, onları gizlətdiyi, teraktlar üçün bir neçə partlayıcı qurğu hazırlamağı planlaşdırdığı iddia olunur.

FSB saxlanılan şəxsin Azərbaycan silahlı qüvvələrinin xüsusi bölmələrində xidmət keçdiyini, teraktın hazırlanmasında öz bilik və bacarıqlarından istifadə etmək niyyətində olduğunu bildirir.

Həbs olunan Ryazan sakini
Həbs olunan Ryazan sakini
29 avqust

Ryazanda azərbaycanlı qadına casusluq ittihamı ilə 5 il həbs verilib

Rusiyanın Ryazan vilayət məhkəməsi 55 yaşlı Rusiya vətəndaşının 5 il müddətinə həbsinə dair qərar çıxarıb.

Əslən Azərbaycandan olan qadın Ukrayna Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda ittiham edilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) bildirir ki, o, Ryazanda mobil tətbiqlər vasitəsilə Ukrayna xüsusi xidmətlərinin təmsilçisi ilə əlaqə yaradıb, Rusiyanın təhlükəsizliyinə qarşı istifadə oluna biləcək kəşfiyyat məlumatları əldə etməyə çalışıb.

Ukrayna tərəfi guya qadından neft zavodunda yanğından sonra Novo‑Ryazan istilik elektrik stansiyasının (İES) durumunu soruşub. Onun yaşadığı bağ evindən İES-ə gedərək orada hərbi maşının şəklini çəkdiyi, fotonu SBU agentinə göndərdiyi iddia olunur. FSB bu qanunsuz fəaliyyətin dayandırıldığını bildirir.

Bu ittihamlara qarşı tərəfin münasibəti bəlli deyil.

FSB Dağıstanda saxlanan şəxsin milliyətini açıqlamamışdı. Budəfəki xəbərdə isə Ryazanda məhkum edilən Rusiya vətəndaşının azərbaycanlı olduğu göstərilib.

Bütün bunlar son aylar Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda baş verir.

İyunun sonunda Yekaterinburqda azərbaycanlılara qarşı zorakı reydlərdən sonra Bakıda da bir qrup rusiyalı saxlanılıb.

21 avqust

Dağıstan-Azərbaycan sərhədində 'düşmənə yardım'da şübhəli sayılan şəxs saxlanıb

Rusiya xüsusi xidmət orqanları iddia edir ki, oğurlanmış məxfi sənədləri ölkədən çıxarmaq istəyən xarici vətəndaş saxlanıb.

Dağıstanın "Yaraq-Kazmalyar" buraxılış məntəqəsində Rusiya-Azərbaycan sərhədini keçərkən saxlanılan Yadulla Rufullayevin vətəndaşlığı qeyd edilmir.

Sosial şəbəkələrdə yayılan əməliyyat çəkilişindən aydın olur ki, o, azərbaycanca danışır, rusca pis bilir

Ona aid olduğu deyilən yük maşınında Azərbaycan pasportu vərəqlənir

Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, saxlanılan şəxsi Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məxfi əməkdaşlığa cəlb edib və "Rusiya hərbi-sənaye kompleksinin sirr daşıyıcılarından birinə hücum nəticəsində" əldə olunmuş xidməti materialları çıxarmağa cəhd göstərib. İddialara görə, SBU agenti olduğu bildirilən qardaşının göstərişi ilə hərəkət edən Rufullaev sonradan Ukraynaya göndərmək məqsədilə Kurqan vilayətində xəlvəti yerdə saxlanan sənədləri və mobil telefonunu götürüb.

AzadlıqRadiosunun həmin görüntülərin hansı şəraitdə çəkildiyini, etirafların həqiqiliyini müstəqil mənbələrdən yoxlamaq imkanı yoxdur.

Y.Rufullayev barəsində "düşmənə yardım etmək" maddəsi ilə cinayət işi açılıb və həmin maddə 15 ilə qədər həbs cəzası nəzərdə tutur.

XS
SM
MD
LG