Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:36

Rusiyada araq əvəzinə losyon içilməsinin səbəbi


Irkutskda 70-dən çox adamın ölümünə səbəb olan Boyaryshnik içkisi 20 dekabr 2016
Irkutskda 70-dən çox adamın ölümünə səbəb olan Boyaryshnik içkisi 20 dekabr 2016

Son zəhərlənmələr üzündən, İrkutsk vilayətində fövqəladə vəziyyət elan olunub

Dekabrın 23-də Rusiya Federasiyasının baş naziri Dmitry Medvedev ölkədə istehlakçı hüquqlarını qoruyan "Rospotrebnadzor"un təklifinə razılığını bildirib. Qurum tərkibində 25 faizdən çox spirt olan qeyri-ərzaq məhsullarının Rusiya bazarında satışının tam dayandırılmasını nəzərdə tutur. Düzdür, bu qadağa ətriyyata və yuyucu maddələrə şamil olunmur.

Bununla bağlı "Rospotrebdanzor"un rəhbəri Anna Popova baş nazirlə görüşüb. Xanım Popova görüşdə deyib:

"Təklif edirik ki, ilkin olaraq, tərkibində 25 faizdən çox spirt olan qeyri-ərzaq məhsullarının satışını 30 gün müddətinə dayandıraq".

Anna Popova, 10 aprel 2014
Anna Popova, 10 aprel 2014

Baş nazir təkliflə razılaşıb

Ardınca Popova bu məhdudiyyəti, hələlik, parfümeriya məhsullarına və şüşəyuyan mayelərə tətbiq etməmək təklifini irəli sürüb. Bununla belə, bu məhsullara həmin müddətdə nəzarəti daha da gücləndirməyin vacibliyi xatırladılıb.

Medvedev-sə təklifə müsbət reaksiya verib. Baş nazir deyib ki, lazımdırsa, bütün mümkün yollar sınanmalıdır:

Buna da bax: Ən çox hansı ölkədə içirlər?

"Düşünürsünüzsə ki belə bir tədbirə əl atmaq gərəkdir, onda "Rospotrebnadzor" və "Sanepidnadzor" müvafiq qərar qəbul etməlidir".

Baş nazir onu da əlavə edib ki, yeni il şənlikləri ərəfəsində bu qərara ölkədə necə riayət olunduğuna ciddi nəzarət etmək lazımdır. O, “Rospotrebnadzor”a tapşırıb ki, qərarın bütün mümkün nəticələrini də öncədən hesablasın.

Bir həftədə 120-dən şox zəhərlənmə

İrkutski, hospital
İrkutski, hospital

Hökumətin bu təşəbbüsü ölkədə surroqat spirtdən zəhərlənmə hallarının çoxaldığı bir zamana təsadüf edir. Dekabrın 17-dən 23-dək İrkutsk vilayətində surroqat spirt tərkibli qatışıqdan zəhərlənənlərin sayı 120-ni ötüb. Söhbət "Boyarışnik" adlı bədən losyonundan gedir. Bir çox adam, üzərində təyinatı aydın yazılsa da, insan orqanizminə təhlükəli metil spirti tərkibli bu vasitəni ucuz spirtli içki əvəzi kimi içərək zəhərlənib. Ən son məlumata görə, onlardan 74-ünün həyatını qurtarmaq mümkün olmayıb, qalanlarının da durumu suallı qalır.

Buna da bax: 200-dən artıq zəhərlənmə, 60-dan çox ölüm…

Prezident Vladimir Putin cümə günü (dekabrın 23-də -red.) keçirdiyi illik mətbuat konfransında İrkutskdakı zəhələnmələrə görə istehsalı təşkil edən "xarici dövlətin bir qrup vətəndaşını" günahlandırıb:

"Onlardan biri asan yolla pul qazanmaq fikrinə düşüb. Törətdiyi əməlin məsuliyyətini dərk etmədən hardansa texniki spirt taparaq, ondan yararlanmağa başlayıb".

Vladimir Putin, 23 dekabr 2016
Vladimir Putin, 23 dekabr 2016

Bundan bir neçə gün öncə Putin hökumətə surroqat alkoqolla mübarizə sahəsində əlavə tədbirlər görməyi tapşırmışdı. Tapşırığa əsasən, spirt tərkibli məhsulların istehsal və dövriyyə qaydalarını sərtləşdirmək, bu qaydaları pozanlarını cəzasını ağırlaşdırmaq qərara alınıb. Bundan əlavə, qərara alınıb ki, surroqat spirtə tələbatı azaltmaq üçün spirtli içkilərə aksiz vergisi aşağı salınsın. Bununla da, onların qiyməti daha uyğun səviyyəyə gətirilsin.

Satışı yasaqlanıb

Hazırda, son zəhərlənmələrə görə, İrkutsk vilayətində fövqəladə vəziyyət elan olunub. Tərkibində spirt olan bütün qeyri-ərzaq məhsullarının satışı (o cümlədən təsərrüfat mağazalarında) tam yasaqlanıb. Ölkənin digər regionlarında, hələ ki, belə radikal tədbirlərə əl atılmayıb.

Metanol spirti qatılmış içki satan köşk sahibləri, spirt tərkibli maye alverçiləri, satıcılar saxlanılıb. Saxlanan 13 nəfərdən 3-ü haqqında həbs qətiimkan tədbiri seçilib. Dekabrın 21-də isə daha 9 nəfər həbs edilib.

Rusiyada araq əvəzinə idtifadə edilən maddələrdən zəhərlənmə halları geniş yayılıb. Səbəb alkoqollu təmizləyici və kosmetik vasitələrin daha ucuz olmasıdır.

"Rospotrebnadzor"un məlumatına görə, bu ilin 9 ayı boyunca Rusiyada alkoqollu maddələrdən 36 min adam zəhərlənib. Onlardan 9 min 300 nəfəri ölüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG