Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:13

Putin:ABŞ sanksiya tətbiq etsə Rusiya “Şimal axını 2” layihəsini özü maliyyələşdirə bilər


Angela Merkel və Vladimir Putin
Angela Merkel və Vladimir Putin

Əgər ABŞ “Şimal axını 2” layihəsinin digər iştirakçılarına qarşı sanksiya tətbiq eləsə, Rusiya bu layihəni təkbaşına maliyyələşdirməyə hazırdır.

Bunu Rusiya prezidenti Vladimir Putin sentyabrın 18-də Almaniyaya səfəri zamanı kansler Angela Merkelə deyib.

Bu barədə sentyabrın 22-də Almaniyanın “Züddeyçe Saytunq” (Süddeutsche Zeitung) qəzeti yazıb.

Bu layihənin tikintisi ilə Rusiyanın “Qazprom” və bir neçə Avropa şirkəti məşğuldur.

ABŞ bu layihədə iştirak edənlərə qarşı sanksiyalar hazırlayır.

Bu sanksiyalar Kremlin təcavüzkar fəaliyyətilə bağlıdır.

Bundan başqa Vaşinqton ehtiyyat edir ki, Rusiya Avronın enerji bazarında hökmüranlıq edə və bundan təzyiq vasitəsi kimi istifadə edə bilər.

Ukraynada bu layihəyə qarşı çıxır.

Polşa da bu günlərdə bəyan edib ki, Rusiya ilə Almaniyanın bu birgə layihəsini Avropanın enerji sabitliyinə “böyük təhlükə” hesab edir.

Buna da bax:ABŞ-la Polşa “Şimal axını 2” qaz kəməri layihəsini böyük təhlükə hesab edirlər

ABŞ eyni zamanda Avropaya neft və qaz idxalını artırır, Almaniya isə ABŞ-dan sıxılmış qaz almaq üçün yeni terminalın tikintisinə hazırlaşır.

Qeyd edək ki, Artıq Polşa və Litvada belə bir terminal tikilib və ötən il Polşa ABŞ-dan ilk sığılmış qaz da alıb.

“Deutsche Welle” isə yazır ki, əgər Rusiya “Şimal axını 2” qaz kəməri layihəsini təkbaşına maliyyələşdirə bilsə belə, Avropanın antimonopoliya qanununa görə bu cətin ki, baş tutsun.

11 milyard dollarlıq bu layihənin, Rusiyanın Qərbi Avropaya ötürdüyü qazın həcmini ikiqat artıracağı gözlənir.

1 225 kilometrlik kəmər Baltik dənizinin dibindən keçir və işlər artıq gələn il tamamlanmalıdır.

Artıq Almaniya və Rusiya tərəfdə işlər gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG