Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:25

Rusiya bildirir ki, ABŞ-la nüvə razılaşmasına ümid azdır


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov sentyabrın 21-də deyib ki, Birləşmiş Ştatlarla Yeni START müqaviləsinin müddətinin uzadılmasına ümid azdır.

Bu iki ölkə arasında nüvə silahlarına nəzarətə dair qüvvədə qalan son böyük razılaşmadır.

Reuters agentliyinin verdiyi məlumata görə, bundan əvvəl ABŞ prezidentinin silahlara nəzarət üzrə xüsusi elçisi Marshall Billingslea Rusiya mediasına müsahibəsində demişdi ki, Moskva bu müqavilənin uzadılmasına dair Vaşinqtonun təklifini ABŞ-da prezident seçkisindən əvvəl qəbul etməlidir:

“Mən hiss edirəm ki, prezident Trump seçkini udsa və Rusiya bizim təklifi bundan əvvəl qəbul etməsə, sonradan daha baha bədəllə qəbul etməli olacaq”.

Ryabkov isə deyib ki, ABŞ-ın təklifi ultimatum tonunda verilib və buna görə də müqavilənin müddətinin uzadılmasına ümidləri azaldır.

Yeni START müqaviləsinin etibarlığı gələn ilin fevralında bitir.

2010-cu ildə Rusiya və ABŞ arasında imzalanmış müqavilə iki ölkənin strateji nüvə başlıqlarının sayına məhdudiyyət qoyur.

Ultimatum tonu

Reuters agentliyi yazır ki, sözü gedən müqavilənin uzadılmaması Moskva və Vaşinqton arasında münasibətlərin gərginliyini daha da artıra bilər.

Billingslea deyib ki, ABŞ hazırda Yeni START müqaviləsinin uzadılması üçün yeni çərçivə üzərində işləyir.

O Kommersant qəzetinə müsahibəsində bildirib ki, Yeni START çoxtərəfli müqavilə olmalı və Çini də əhatə etməlidir.

Ryabkov bu bəyanatı “mövqenin bilərəkdən qarışdırılması” adlandırıb:

O qeyd edib ki, Çinin müqaviləyə qoşulub-qoşulmaması Pekinin müstəsna qərarı olmalıdır:

“Biz Çini bu danışqılara gətirmək üçün heç bir addım atmamışıq və atmaq niyyətində də deyilik. Biz bu barədə amerikalı həmkarlarımıza dəfələrlə bildirmişik”.

Yeni START müqaviləsi Sovet İttifaqı ilə ABŞ arasında 1991-ci ildə imzalanmış START 1 müqaviləsinin xələfidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG