Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:19

Tramp: Rusiya ABŞ-dan hipersəsli raket barədə məlumatı oğurlayıb


Tramp, arxiv foto

Rusiya hipersəs silahını ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyasından oğurlanan məlumatlar əsasında yaradıb. Bunu ABŞ prezidenti Donald Tramp Minnesota ştatında tərəfdarları ilə görüşdə deyib.

"Onların super-puper hipersəsli raketləri var. Buna ona görə super-puper deyirəm, çünki adi raketdən beş qat daha sürətlidir".

Trampa görə, ABŞ-da daha yüksək sürətili bir raket var. O, Rusiya və Çinin bu silaha həsəd apardığını söyləyib. Trampın may ayında elan etdiyi və digər ölkələrin raketlərindən 17 dəfə daha çox sürətlidir dediyi raketlə bağlı məlumatı Pentaqon təsdiqləyib. CNN jurnalistləri isə iddia edirlər ki, ABŞ-da hələ də Rusiya və Çin silah istehsalını ötmür.

Mətbuatda yer alan xəbərlərə görə, yeni ABŞ raketi 2023-cü ildən tez hazır olmayacaq. İlin əvvəlində Rusiya prezidenti Vladimir Putin TASS-a verdiyi müsahibəsində Moskvada hipersəsli silahların ortaya çıxmasından sonra digər dövlətlərin ondan qorunmasına xərcləmələrinin mənasız olduğunu deyib.

Putinə görə, Rusiyanın hipersəs silahları dünyadakı strateji tarazlığı və sabitliyi qorumağa kömək edir. Keçən yay ABŞ mətbuatı Rusiyanın Avangard hipersəsli raket sistemi üçün vacib bir komponentin hazırlanması üçün istehsalçısı tapmaqda çətinlik çəkdiyini yazmışdı.

Eyni zamanda, mətbuat Avangardın 2016-cı ildə iki dəfə uğurla sınaqdan keçirildiyini, amma 2017-ci ilin oktyabrında həyata keçirilən sayca üçüncü sınağın isə uğursuz olduğu yazıb. Məlumata görə, raket hədəfə dəyməyə bir neçə saniyə qalmış bir-neçə hissəyə parçalanaraq yerə düşüb.

XS
SM
MD
LG