Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:10

Müsəlman türk qadın Rumıniyanın baş naziri ola bilmədi


Sevil Shhaideh

Rumıniya prezidenti Klaus Iohannis Sosial Demokrat Partiyasından (PSD) baş nazirliyə nominasiya edilmiş Sevil Shhaideh-in namizədliyini rədd edib.

Namizədliyi qəbul olunsaydı, xanım Shhaideh ölkənin ilk qadın müsəlman və…türk baş naziri olacaqdı.

Prezident Iohannis özünün qərarına heç bir izahat verməyib. Bundan əvvəl bir vaxtlar regional inkişaf naziri olmuş xanım Shhaideh siyasi təcrübəsinin olmamasına görə tənqid edilirdi.

Prezident Klaus Iohannis qərarına izahat verməyib
Prezident Klaus Iohannis qərarına izahat verməyib

Təhlilçilər deyirlər ki, namizədliyin rədd edilməsində onun Suriyalı əri də faktor ola bilərdi. Rumıniya mətbuatı yazır ki, o bir neçə dəfə sosial media platformalarında Suriyada prezident Əsədi dəstəkləyən postlar yayıb.

Namizədliyin rədd edilmöəsinə cavab olaraq PSD-nin lideri Liviu Dragnea deyib ki, onun partiyası prezident Iohannis-i impiçment etməyə çalışacaq.

O deyib ki, xanım Shhaideh-in namizədliyinin rədd edilməsinə əsas verəcək heç bir konstitusiya müddəası yoxdur.

PSD Rumıniyada keçirilmiş parlament seçkisində qalib gəlib və konstitusiyaya görə baş nazir kürsüsünü qalib partiyanın lideri, yəni bu halda Liviu Dragnea tutmalı idi.

"Oyuncaq baş nazir"

Müxbirlər bildirirlər ki, PSD əvvəllər də, 2007 və 2012-ci illərdə ovaxtkı prezident Traian Basescu-nu impiçment etməyə cəhd göstərib. Hər iki cəhd referendumun nəticələri ilə rədd edilib.

PSD-nin lideri Liviu Dragnea özü seçkinin qalibi kimi baş nazir ola bilməz, çünki o iki il əvvəl seçki fırıldaqçılığına görə cinayət məsuliyyəti daşıyır.

Sosial demokratların lideri Liviu Dragnea və Sevil Shhaideh
Sosial demokratların lideri Liviu Dragnea və Sevil Shhaideh

Bir sıra müşahidəçilər isə bildirirlər ki, Sevil Shhaideh-in namizədliyinin prezident tərəfindən rədd edilməsinə elə cənab Dragneanın bir qədər lovğa bəyanatları səbəb olub.

O bəyan etmişdi ki, xanım Shaideh baş nazir postunu tutsa da, bütün siyasət məsələlərinə o özü rəhbərlik edəcək.

Məhz buna görə də xanım Shaideh-in sadəcə olaraq Dragnea-nın “oyuncağı” olacağı barədə dedi-qodular Rumıniyanın siyasi həyatını bürümüşdü.

Məsələ burasındadır ki, Liviu Dragnea-nın özü də ölkənin kiçicik müsəlman icmasının nümayəndəsidir və Sevil Shaideh-lə ailəliklə yaxındır.

Bir sıra politoloqlar inanırlar ki, xanım Shaideh-in baş nazir postuna gedən yolunu bağlayan əsas amil də elə bu olub.

XS
SM
MD
LG