Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:29

Rumıniya prezidenti korrupsiyaya qarşı referenduma çağırır


Rumıniya prezidenti Klaus Iohannis
Rumıniya prezidenti Klaus Iohannis

Rumıniya prezidenti Klaus Iohannis solçu hökumətin antikorrupsiya islahatlarını dayandırmaq niyyəti barədə referendumun keçirilməsinə çağırıb. Rumıniya Avropa İttifaqının ən korrupsiyalı ölkələrindən biri sayılır.

Bu referndumun mayın 29-da keçirilməsi təklif edilir. Həmin gün bütün Aİ üzvü olan ölkələrdə Avropa Parlamentinə seçkilər keçiriləcək. Bu barədə bəyanatı ölkənin sağçı müxalifəti tərəfindən dəstəklənən Iohannis martın 28-də verib.

O deyib ki, “bu, belə davam edə bilməz” və hökumətin korrupsiyanı dövlət siyasətinə çevirməsinə yol verilməmilidir.

Prezident bu referendumda qoyulacaq sualın təfərrüatlarına toxunmayıb.

Ötən ay solçu hökumət prokurorların müstəqilliyini məhdudlaşdıran təcili tədbiri heç bir ictimai müzakirə olmadan qəbul etdikdən sonra minlərlə rumın etiraz aksiyasına çıxmışdı.

Bu tədbir solçu Sosial Demokrat Partiyasının (PSD) iki il əvvəl hakimiyyətə gələndən bəri qanuvericiliyə etdiyi düzəlişlərdən yalnız növbətisi idi. Bu qanunvericilik dəyişiklikləri Avropa İttifaqında və ABŞ-da dərin narahatlığa səbəb olub. Brüssel və Vaşinqton Rumıniyada qanunun aliliyi prinsipinin pozulmasından nigarandırlar.

PSD referendumun keçirilməsi əleyhinədir və belə bir narahatlıq var ki, hökumət referendumun səsvermə məntəqələrini Avropa Parlamentinə seçkilərin məntəqələrindən ayıran qərar qəbul edə bilər.

PSD hökuməti hakimiyyətə gəlməzdən əvvəl Avropa İttifaqı Buxarestin korrupsiyaya qarşı mübarizəsini və antikorrupsiya prokuroru Laura Koevesinin fəaliyyətini təqdir edirdi. Xanım Koevesi ötən il səlahiyyətlərini aşmaq ittihamı ilə solçu hökumət tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

Rumıniyada vəzifəsindən uzaqlaşdırılmasına baxmayaraq Koevesi Avropa İttifaqının ilk prokuroru olmaq üçün Avropa Parlamenti komitəsinin dəstəyini qazanıb.

Lakin Koevesi martın 28-də Buxarestdə ziddiyyətli istintaq agentliyinin ittihamları ilə üçüncü dəfə məhkəmə dinləməsinə çağırılıb. O səlahiyyətlərini aşmaqda, yalan ifadə verməkdə və rüşvətdə ittiham olunur. Koevesi bu ittihamların hamısını rədd edir.

Koevesi 6 saat davam edən dinləmədən sonra jurnalistlərə deyib ki, ona ittihamlarla bağlı mediaya danışmaq qadağan olunub.

Media xəbərlərində deyilir ki, onun ölkədən çıxşına 60 gün müddətində qadağan qoyulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG