Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:59

Rumıniya Avropa prokuroru olmağa namizəd rumına qarşı ittiham irəli sürür


Laura Codruta Koevesi
Laura Codruta Koevesi

Rumıniya Antikorrupsiya Agentliyinin keçmiş başçısı Laura Codruta Koevesi ona qarşı korrupsiya iddialarına görə gələn həftə Buxarestdə məhkəmə önünə çıxmalıdır.

Avropa İttifaqının ilk baş prokuroru vəzifəsinə əsas namizəd Koevesi martın 7-də məhkəmədə ona qarşı ittihamlara cavab verməli olacaq. O rüşvətdə, səlahiyyətlərini aşmaqda və yalan ifadə verməkdə ittiham olunur.

AzadlıqRadiosu yazır ki, elə həmin gün Avropa Parlamenti və Avropa İttifaqı üzv ölkələrinin nümayəndələri ittifaqın ilk baş prokurorunun seçilməsinə dair danışıqlara başlayırlar.

Koevesi Rumıniyanın əsas antikorrupsiya qurumunun rəhbəri vəzifəsindən ötən il azad edilib. Müşahidəçilər bildirirdilər ki, bu addım xanım Koevesi-nin hakimiyyət koalisiyasının vəzifəli rəsmilərinə qarşı ittiham irəli sürməsinin qarşısının alınması üçün atılıb.

AzadlıqRadiosu yazır ki, Rumıniyanın solçu hökuməti Koevesi-nin Avropa İttifaqı prokuroru vəzifəsinə namizədliyini əngəlləmək üçün geniş lobbiçilik işi aparır.

Avropa İttifaqı xanım Koevesi-nin ittifaqın ən korrupsiyalı ölkələrindən birində göstərdiyi fəaliyyətdən razılıq edir.

Koevesi artıq bir dəfə, fevralın 15-də Buxarestdə məhkəmə önünə çıxıb. Maraqlıdır ki, elə həmin gün o Brüsseldə Avropa İttifaqının prokuroru vəzifəsi üçün namizədliyini təqdim etməliydi.

Tənqidçilər bildirirlər ki, Rumıniya hökuməti Koevesi-nin bu vəzifəyə seçilməsini əngəlləmək məqsədilə ona qarşı ittihamlar irəli sürüb.

Ötən həftə Avropa İttifaqının üzv ölkələri blokun ilk prokuroru vəzifəsinə Koevesi-nin fransalı rəqibi Francois Bohnert-in namizədliyini dəstəkləyiblər.

Lakin fevralın 27-də Avropa Parlamenti Koevesi-yə dəstək bildirib. Gələn həftə ittifaqın bu iki təsisatı kompromis nəticəyə gəlməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG