Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Rumıniyada kommunist diktator Çauşeskunun 100 illiyi hərracla qeyd olunub


Yanvarın 26-da köhnə kommunistlər Çauşeskunun Buxarestdəki məzarı başına toplaşmışdlar
Yanvarın 26-da köhnə kommunistlər Çauşeskunun Buxarestdəki məzarı başına toplaşmışdlar

Rumıniyada bir auksion ölkənin keçmiş kommunist diktatopru Nikolae Çauşeskunun 100 illiyini onun paltarlarının, tualet kağızlarının və başqa şəxsi əşyalarının satışı ilə qeyd edib.

Adı sanki kinayəli şəkildə “Qızıl zəmanə” qoyulmuş bu internet-hərracı yanvarın 31-də Artmark auksionu keçirib. Auksion satışa Çauşeskunun xəz dəridən ovçu papağı da daxil 250 şəxsi əşya çıxarılmışdı. Çauşesku böyük ov həvəskarı idi və onun ov papağı 500 dollara satılıb.

Məxsusi olaraq Çauşeskunun arvadı Elena üçün tikilmiş lüks ayaqqabı və yaşıl dəri portmanata 750 dollar ödənib. Keçmiş kommunist liderin tualet kağızları isə 12 dollar 50 sentə satılıb.

Nikolae Çauşesku və sovet lideri Leonid Brejnev (sağda) 1976-cı il Yalta görüşündə
Nikolae Çauşesku və sovet lideri Leonid Brejnev (sağda) 1976-cı il Yalta görüşündə

Yanvarın 26-da, Çauşeskunun 100-cü ildönümündə onun bir qrup əsasən yaşlı tərəfdarı Buxarest məzarlığındakı qəbirə baş çəkib.

Auksionda satışlmış başqa tarixi əşyalar arasında İran şahının 1975-ci ildə göndərdiyi şam dəvətnaməsi və ABŞ prezidenti Gerald Forddan Yeni il açıqçası vardı.

Əşyalardan biri də 1969-cu ildə Rumıniyaya səfər etmiş ABŞ prezidenti Richard Nixon-un portreti idi. Həmin il Çauşesku sovetlərin Çexoslovakiyaya hərbi müdaxiləsində iştirakdan imtina etmişdi.

Bu, o vaxt siyasətçilər tərəfindən antisovet qiyamnı kimi qiymətləndirilmiş və Çauşeskunun Qərbdəki reytinqini yüksəltmişdi.

Auksiona çıxarılmış ən bahalı əşyalardan biri də Çauşeskunun, III Vlad Tsepeşin və başqa rumın milli qəhrəmanlarının portretləri ilə bəzədilmiş böyük xalça idi. Bu xalça ona qoyulmuş start qiymətindən iki dəfə bahaya – 2000 dollara satılıb.

1965-ci ildə hakimiyyətə gəlmiş Çauşesku 1970-ci illərədək çox populyar idi. Həmin dövrdə o kommunist millətçiliyi siyasəti yürüdürdü.

Ər-arvad Çauşeskular 1989-cu ildə edam ediliblər
Ər-arvad Çauşeskular 1989-cu ildə edam ediliblər

Daha sonra Çauşesku Rumıniyanı Şimali Koreya kimi irsi diktaturaya çevirmək istəmişdi. O vaxt kommunist media onun hakimiyyətini “Qızıl zəmanə” adlandırırdı.

Buna baxmayaraq əhalisinin əksəriyyəti aclıq və səfalət işində yaşayan Rumıniyada gizli polis Sekuritat meydan sulayırdı.

Çauşeskunun hakimiyyəti 1989-cu ilin dekabrında başa çatıb. O min nəfərin ölümü ilə nəticələnmiş xalq etirazlarının əsnasında arvadı ilə birlikdə tələm-tələs keçirilmiş məhkəmənin hökmü ilə edam edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG