Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:47

İran prezidenti BMT-də 'biz dünyanı Rumi ilə fəth etmişik' deyib


İran prezidenti BMT Baş Assambleyasındakı çıxışında ABŞ prezidenti Donald Trump-ın bu məclisdə etdiyi nitqi “nadan və cəfəng nifrət ritorikası” adlandırıb və bəyan edib ki, Tehran onunla imzalanmış nüvə sazişindən çıxmaq niyyətində deyil.

Trump bir gün əvvəl BMT-də etdiyi çıxışında İranı “qatil rejim” adlandırmış və onun bütün “Yaxın Şərq boyunca sülhü pozduğunu” demişdi. Ruhani bunun cavabında bildirib ki, onun ölkəsi sülh və mötədillik yolunu tutub və qədim imperiyasını bərpa etmək niyyətində deyildir.

Ruhaninin sentyabrın 20-də etdiyi çıxış Tehranla Vaşinqton arasında 2015-ci ilin nüvə sazişi ilə bağlı yaranmış söz müharibəsinin növbəti mərhələsi olub.

Ruhani BMT məclisinə deyib ki, Tehran öz nüfuzunu yaymaq istəmir, beləki öz mədəniyyəti və poeziyası ilə dünyanı çoxdan fəth edib.

İran prezidenti deyib: “Biz Atlantik okeanın bu tayında və Asiya boyunca öz nüfuzumuzu Rumi vasitəsilə yaymışıq”.

“Odur ki, bizim yeni fəthlərə ehtiyacımız yoxdur” – deyib İran prezidenti.

Ruhani öz nitqində 2015-ci ilin nüvə sazişini bir daha təqdir edib və onu “qlobal ünsiyyətin yeni modeli” adlandırıb.

O deyib ki, Təhlükəsizlik Şurasında təsdiqlənmiş bu saziş “beynəlxalq icma tərəfindən alqışlanıb”.

Ruhani əlavə edib: "Beləliklə də, bu saziş bir və ya iki yox, bütünlüklə beynəlxalq icmanın sərəncamındadır”.

Trump administrasiyası bu sazişi dəfələrlə tənqid edib.

İran prezidenti sözünə belə davam edib: “Mən bəyan edirəm ki, İslam Respublikası bu sazişi pozan ilk ölkə olmayacaqdır, lakin onun hər hansı bir tərəfdən pozulmasına qətiyyət və əminliklə cavab verəcəkdir”.

Ruhani deyib ki, Trump bu sazişdən çıxsa, ABŞ-a etimadı tamamilə məhv edəcək:

“Bu sazişin dünya siyasətinə yenicə gələn “xamlar” tərəfindən məhv edilməsi pis olardı. Dünya böyük bir fürsəti qaçırardı”.

Bundan bir gün əvvəl Trump jurnalistlərə Birləşmiş Ştatların bu sazişdə qalıb-qalmaması barədə qərar qəbul etdiyini deyib, lakin təfərrüatlara varmayıb.

Trump-ın iki vəzifəli diplomatı Vaşinqtonun bu sazişdən dərhal çıxmayacağına işarə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG