Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:30

Rubl ucuzlaşmaqda davam edir


Rublun məzənnəsi düşməkdə davam edir. Aprelin 6-da dollar və avro 1 rubl 50 qəpik bahalaşıb.

Ötən ilin 14 aprelindən bəri avro ilk dəfə olaraq 1 avro üçün 90 rubl səviyyəsinə yüksəlib, 1 dolların qiyməti isə 82 rublu keçib.

Beləliklə, bir həftə ərzində dollar rubla nisbətdə 5 faizdən çox, avro isə 10 manat, yəni 13 faiz bahalaşıb.

Ötən ilin yazından Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan bəri Moskva üzərinə qoyulmuş sanksiyalara görə Rusiyanın milli valyutası - rubl çökmüşdü.

Lakin Rusiya Mərkəzi Bankının gördüyü tədbirlər, idxalın azalması və enerji daşıyıcılarından gəlirlərin nisbətən sabitliyi rublun möhkəmlənməsinə səbəb olmuşdu.

Rusiya neftinə embarqo yalnız ötən ilin sonlarında qoyulub.

Ucuzlaşmanın səbəbləri

Təhlilçilər rublun hazırkı zəifləməsinin vergi ilinin qurtarması ilə bağlayırlar.

Belə ki, iri ixracatçılar büdcəyə ödənişlər etmək üçün xarici valyutanı rubla dəyişiblər.

Rublun ucuzlaşmasının başqa bir səbəbi kimi ixrac həcminin azalması və Maliyyə Nazirliyinin Rusiyadan kapital axını ilə bağlı valyuta satışını azaltması göstərilir.

Rusiyadakı xarici şirkətlərin bizneslərini satması da rublu ucuzlaşdırıb.

"Boğaza büdcə ayırmaq olur ki, sağlamlığa da ayıraq?" Sağlamlıq Günündə Bakı sakinlərinin şəfa gileyi
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Shell şirkətinin getməsi

Bloomberg rublun məzənnəsinin düşməsini Britaniyanın Shell şirkətinin Saxalin-2 layihəsindən çıxması ilə izah edir.

Bu həftə prezident Vladimir Putin NOVATEK şirkətinə Shell şirkətinin bu layihədəki 95 milyard rublluq (1,2 milyard dollar) payını almasına şəxsən icazə verib.

Bu da qeyd olunur ki, pul Britaniya şirkətinin xaricdəki hesabına köçürüləcək.

Ekspertlər bildirirlər ki, rublun məzənnəsinin belə aşağı səviyyədə uzun müddət qalacağını göstərən heç bir fundamental əsaslar yoxdur.

Buna səbəb OPEC+ qrupunun hasilat ixtisarına dair qərarı ilə bağlı neft qiymətlərinin qalxmasıdır.

XS
SM
MD
LG