Keçid linkləri

2026, 14 Yanvar, çərşənbə, Bakı vaxtı 02:05

Rubio ilə Mirzoyan görüşəcək, TRIPP-lə bağlı açıqlama gözlənilir


Rubio və Mirzoyan
Rubio və Mirzoyan

Yanvarın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtonda ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşü gözlənilir. Bu haqda Dövlət Departamenti məlumat yayıb.

Dövlət katibinin müavini Ellison Huker daha sonra onlara qoşulacaq.

Yerevanın bildirdiyinə görə, Mirzoyan ABŞ-yə ikigünlük işgüzar səfərlə yola düşüb. Yanvarın 13-də TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) sazişinin icra çərçivələrinə dair birgə bəyanatın hazırlanması planlaşdırılır.

ABŞ təmsilçiləri bir gün öncə Bakıda Tramp marşrutunu müzakirə ediblər. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüşdə iki ölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla, regional bağlantılar götür-qoy edilib.

Ötən ilin sonunda Ermənistan və Azərbaycanın ABŞ-dakı səfirləri Vaşinqtonda yüksəkvəzifəli hökumət rəsmiləri və iş adamları ilə TRIPP üzrə qapalı müzakirə keçiriblər.

Daha əvvəl Ermənistanın baş naziri bildirib ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsinin icrasının ümumi şərtləri ilə bağlı ABŞ tərəfdaşları ilə intensiv danışıqlar aparılır.

Dekabrın 19-da Bakıda Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib.

Dekabrın 17-də isə Vaşinqton razılaşmalarının gerçəkləşdirilməsi üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib.

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00


  • 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Son illər Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda sülh danışıqları gedib. Bu il avqustun 8-də tərəflər, nəhayət, ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Tərəflər həmçinin TRIPP marşrutu üzrə razılıq əldə ediblər.
  • ABŞ prezidenti Donald Trampın şahidliyi ilə imzalanan bəyannaməyə əsasən, Ermənistan Azərbaycanla onun Naxçıvan eksklavı arasında "maneəsiz əlaqə" təmin etməyi üzərinə götürür, bunun qarşılığında Ermənistana "beynəlxalq və ölkələrarası kommunikasiyadan qarşılıqlı faydalar" vəd olunur.
  • Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Tramp ilə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumunu imzalayıblar.
XS
SM
MD
LG