Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 16:57

Rusiya ABŞ-ın başqa planetləri ‘qəsb etmək planını’ pisləyir


ABŞ astronavtı James Irwin Ayda. 1 avqust 1971
ABŞ astronavtı James Irwin Ayda. 1 avqust 1971

“Vaşinqtonun kosmik fəzanın qəsb olunmasına cəhdləri və əslində başqa planetlərin ərazilərinin zəbt olunması planları Rusiya və ABŞ arasında əməkdaşlığa ziyan vurur”.

Bu bəyanatı Rusiyada “kosmos məsələlərinə” baxan dövlət qurumu - Roskosmos korporasiyası baş direktorunun müavini Sergey Savelyev aprelin 7-də verib:

"Tarixdə bir ölkənin başqa əraziləri öz maraqlarına görə zəbt etmək planları olub və bundan nə alındığını hamı xatırlayır”.

Savelyevin bu ümumiləşdirici bəyanatından onun konkret olaraq hansı cəhdləri nəzərdə tutduğu məlum olmur.

Əslində Rusiya rəsmisinin bu bəyanatı ABŞ prezidenti Donald Trump-ın aprelin 6-da imzaladığı fərmana reaksiyadır.

Fərmanda deyilir ki, Birləşmiş Ştatlar Ayı, Marsı və başqa səma cismlərini kommersiya məqsədi ilə istismar etmək hüququna malikdir.

Trump-ın imzaladığı sənəddə bu da vurğulanır ki, ABŞ kosmosu ictimai sərvətyox, “insan fəaliyyəti üçün hüquqi və fiziki baxımdan unikal sahə” hesab edir.

Fərmanda deyilir ki, ABŞ hakimiyyəti bununla əlaqədar “kosmosdakı resursların hasilatı və istifadəsi üçün beynəlxalq dəstəyi stimullaşdırmağı” planlaşdırır.

Savelyev isə deyib ki, Donald Trump bu fərmanla başqa planetləri işğal etmək üçün “özünə lisenziya vermiş olur”.

Roskosmosun bəyanatında bildirilir ki, ABŞ prezidenti kosmosda mədənçilik barədə fərman verməklə “başqa dünyaların zəbt olunmasına” zəmin yaradır.

ABŞ ziddiyyətli nə deyib ki?

Burası da var ki, Trump-ın fərmanında ABŞ-ın “fəza ehtiyatlarının ictimai və özəl qaydada təhlükəsiz və davamlı istismarı üçün xarici dövlətlərlə ikitərəfli və çoxtərəfli razılaşmaların və birgə bəyannamələrin qəbul olunmasına çalışacağı” bildirilir.

Amma Roskosmos hesab edir ki, Birləşmiş Ştatların mövqeyi fəzanın bütün bəşəriyyətə aid olduğuna dair müddəa ilə ziddiyyət təşkil edir.

Şərhçilər Roskosmosun Trump-ın fərmanına belə reaksiyasını ümumiyyətlə ABŞ-Rusiya münasibətlərinin son illərdə gərgin olması ilə əlaqələndirirlər.

Rusiya onun üzərinə Ukraynaya görə qoyulmuş sanksiyaların qaldırılmasına və nəhayət ABŞ və başqa dünya gücləri ilə bərabərhüquqlu oyunçu kimi dünya forumlarında bir masa arxasında oturmağa çalışır və Vaşinqtonun az qala bütün addımlarından bu iddialarını qabartmaq üçün istifadə edir.

Kremlin sözçüsü Dmitry Peskov müxbirlərə deyib ki, “fəzanı birtərəfli qaydada özəlləşdirmək yolverilməz sayılmalıdır”.

Independent yazır ki, Ayın bəşərriyyətin sərvəti kimi statusu BMT Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul olunmuş sazişlə təsbit edilib.

"Dövlətlərin Ayda və başqa səma cismlərində fəaliyyəti” adlı sənəd 18 ölkə tərəfindən ratifikasiya olunub.

Bu ölkələrin arasında Rusiya və ABŞ yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG