Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:06

Rusiya xarici medianı cərimələmək üçün qanunlara dəyişiklik edə bilər


Rusiyanın media nəzarətçisi bildirib ki, Rusiyada işləyən Britaniya və başqa xarici ölkələrin mediasına cərimələr qoymaq məqsədilə mövcud qanunvericiliyə düzəlişlər edəcək.

Şərhçilər bildirirlər ki, bundan əsas məqsəd Rusiyanın RT telekanalını cərimələmiş Londona cavab verilməsidir.

Ötən ay Rusiyanın hakimiyyət orqanları bu ölkədə fəaliyyət göstərən Britaniya mediasına xəbərdarlıq etmişdi ki, Britaniyanın media tənzimləyicisi Ofcom RT kanalının cərimələnməsinin nəticələrinə hazır olmalıdır.

London RT kanalını bitərəflik qaydalarını pozduğuna görə cərimələmişdi.

Ofcom RT-ni Suriya münaqişəsinə, Ukraynaya və İngiltərədə Skripalların zəhərlənməsinə dair materiallarında qərəzə yol verməkdə ittiham edərək 242 min dollar cərimələmişdi.

Moskva bildirirdi ki, Ofcom-un hərəkəti “anti-Rusiya kampaniyasının” bir hissəsidir.

Tənqidçilər deyirlər ki, ingilis, ərəb və ispanca yayınlanan RT proqramları Rusiya dövlətinin təbliğatına xidmət edir.

Rusiyanın media gözətçisi Roskomnadzor avqustun 1-də verdiyi bəyanatda bildirir ki, indi Britaniyanın hərəkətinə adekvat cavab verməyə hazırlaşır.

Roskomnadzor deyir ki, mövcud qanunvericiliyə dəyişiklik təklifləri Dövlət Dumasına bu yaxınlarda təqdim olunacaq.

Rusiya Dumasında Vladimir Putinin Vahid Rusiya partiyası mütləq çoxluğa malikdir.

Roskomnadzor bunu da bildirib ki, sözü gedən məsələ barədə Ofcom-la kommunikasiyaya daxil olub.

Lakin Ofcom deyir ki, “bütün bunlar Roskomnadzorun öz işidir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG