Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:31

Britaniya Rusiyanın RT yayınlarını bağlamaqla hədələyir


Britaniyanın media təmsilçisi Ofcom bildirib ki, Rusiyanın dövlət RT televiziya şəbəkəsi öz əməkdaşlarının göndərdiyi tvit və email-ləri efirə verməklə yayın məcəlləsini pozub.

Ofcom-un 16 iyul bəyanatında deyilir ki, telekanal habelə Britaniyada keçmiş Rusiya casusunun zəhərlənməsinə aid verilişlərində tərəfsizlik prinsiplərinə əməl etməyib.

Ofcom 2012-ci ildən bəri RT-nin yayın qaydalarını dəfələrlə pozduğunu və auditoriyasını çaşdırdığını deyib.

Qurum bildirib ki, habelə TV Novosti proqramı Britaniyada yayın hüququndan məhrum edilə bilər.

RT iyulun 16-da bəyan edib ki, onun Şotlandiyanın birinci naziri Alex Salmond-un iştirakı ilə keçirilmiş proqramında yol verilmiş səhvlər sadəcə olaraq kəskin problemləri əks etdirib və teleşirkət ümumiyyətlə Ofcom-un mövqeyindən narahatdır.

RT habelə bildirib ki, Ofcom öz iradlarını lazımınca əsaslandıra bilməyib.

XS
SM
MD
LG