Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:04

İran prezidenti ‘namus qətllərinə’ sərt cəza istəyir


Romina Ashrafi
Romina Ashrafi

Bir atanın öz yeniyetmə qızını qəddarlıqla qətlə yetirməsinin ölkədə geniş hiddət yaratmasının ardınca İran prezidenti Hassan Rohani “namus qətlləri” deyilən cinayətlərə görə daha sərt cəzaların verilməsinə çağırıb.

Rohani mayın 27-də verdiyi bəyanatda müvafiq qanunların qəbulunun sürətləndirilməli olduğunu deyib.

Prezident bildirib ki, belə cinayətlərə baxılması prosedurunun mürəkkəbliyi ədalətli cəzaların verilməsinə mane olur.

Tükürpədici qətl

Rohaninin bəyanatından əvvəl Tehranın 320 kilometrliyində yerləşən Hoviq qəsəbəsində 13 yaşlı Romina Ashrafi qətlə yetirilmişdi.

Yerli media xəbər verirdi ki, atası qızın yatdığı bir vaxtda onun başını oraqla kəsib.

Xəbərlərdə deyilir ki, Reza Ashrafi, iddia olunduğuna görə qızının aşiq olduğu 35 yaşlı kişi ilə evlənmək üçün evdən qaçmasına görə qəzəblənib.

O vaxt hər iki ailə polisə şikayət etmiş və təhlükəsizlik qüvvələri beş gün davam edən axtarışdan sonra Rominanı və onun sevgilisi Bahamn Khavari-ni saxlamışdı.

Bəzi məlumatlara görə, Romina polisə, evə göndərilərsə təhlükə ilə üz-üzə qalacağını desə də, polis qızı İran qanunlarına uyğun olaraq atasına təhvil verib.

Ata qətldən sonra polisə gedərək özünü təslim edib və cinayəti törətdiyini boynuna alıb.

Hoviq rayonunun qazisi Kazem Razmi bildirib ki, Reza Ashrafi həbsdədir və ona qarşı qətlə yetirmə maddəsi ilə cinayət işi açılıb.

Ataya maksimum 10 il verilə bilər

Bu arada Rohaninin qadın məsələləri üzrə vitse-prezidenti Masoumeh Ebtekar bu işin araşdırılması üçün “xüsusi prezident göstərişinin” verildiyini bəyan edib.

Mövcud qanunlara görə qızın atası təqsirli bilindiyi halda maksimum 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

İslami Şəriət Məcəlləsinə görə o Rominanın “gözətçisi” sayılır və bu səbəbdən də ona ölüm cəzası verilə bilməz.

İran mediası ölkədə “qeyrət qətllərinin” törədilməsi barədə tez-tez məlumatlar yayır.

Belə cinayətlər adətən kişilər tərəfindən ailənin qadın üzvünə qarşı törədilir.

Buna baxmayaraq İranda belə qətllərin və qurbanların statistikası açıqlanmır.

Rominanın sevdiyi kişi məsuliyyətdən azaddır, beləki İran qanunlarına görə 13 yaşından böyük qızlar ərə gedə bilərlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG