Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 04:08

Prezident seçkisi Rohani üçün asan keçməyə bilər


Sabiq prezident Rafsanjani, prezident Hassan Rohani (sol), spiker Ali Larijani, Məhkəmə rəhbəri Sadegh Larijani, 4 iyul 2015

İran ictimaiyyəti prezident Hassan Rohani və ölkənin məhkəmə sisteminin mühafizəkar rəsmiləri arasında sərt söz atışmasını izləməkdədir. Tərəflərin bir-birinə ağır korrupsiya ittihamları irəli sürməsi seçki ilinin gərgin keçəcəyindən xəbər verir.

Belə görünür ki, bu ziddiyyətlər Rohani-nin prezident seçildiyi və ölkənin ən zəngin işadamı Babak Zanjani-nin həbs olunduğu 2013-cü ildən başlayıb.

Ötən ay Rohani-nin məhkəmə sisteminin səriştəsizliyinə eyham vurmasından sonra bu həftə mühafizəkarlar prezidenti seçki kampaniyasına xərclənmiş vəsaiti bəyan etməyə çağırıblar.

“İNSANLAR BİLMƏK İSTƏYİRLƏR”

Yanvarın 3-də Rohani “Twitter”də yazıb ki, onun hökuməti "sayt yaradaraq, özünün bütün xərc və hesablarını açıqlamağa hazırdır". Ancaq o tələb edib ki, bunun əvəzində "məhkəmə sistemi də öz hesablarını açıqlasın".

Buna da bax: Larijani ilə Rouhani arasında yeni gərginlik​

Məhkəmə sisteminin sözçüsü bildirib ki, prezident yenidən seçilməkdən ötrü "şəffaflığa dair müzakirələrdən alət kimi istifadə edir". Parlamentin onlarla üzvü Rohani-nin qardaşına "maliyyə korrupsiyası ittihamlarının" irəli sürülməsini tələb edib.

İranlı sahibkar Babak Zanjani (sağ) vəkili Rasoul Kouhpayehzadeh məhkəmə prosesində
İranlı sahibkar Babak Zanjani (sağ) vəkili Rasoul Kouhpayehzadeh məhkəmə prosesində

Dekabrda Rohani məhkəmə sistemini mühafizəkar prezident Mahmud Ahmadinejad administrasiyası dövründə dövlətdən 2 milyard dollar oğurlamaqda ittiham olunan Zanjani-nin işində səriştəsizlik göstərməkdə ittiham edib.

"İnsanlar hələ də pulun harada olduğunu və ona kimin kömək etdiyini bilmək istəyirlər", - prezident Rohani deyib.

Mühafizəkarların çoxu Rohani-yə ciddi siyasi kapital qazandırmış nüvə sazişinə qarşıdır.

3 MİLYARDAN VACİB ŞEYLƏR

Rohani bildirib ki, Zanjani-nin işində şəffaflığın olmaması və ictimaiyyətin suallarının cavabsız qalması ölkənin "3 milyard dollardan daha vacib şeylər" itirməsi ilə nəticələnə bilər. O deyib ki, Kəşfiyyat nazirliyi bu işi məhkəməyə göndərməzdən öncə araşdırmalı idi.

Məhkəmə sisteminin rəhbəri vəzifəsi Ədliyyə Nazirliyinə tabe deyil. Bu vəzifəni tutan Sadegh Larijani yanvarın 2-də deyib ki, Zanjani Rohani-nin seçki kampaniyasına maliyyə dəstəyi verdiyini iddia edib.

Buna da bax: Milyarderə ölüm hökmü kəsildi

Sadegh Larijani
Sadegh Larijani

Təsdiqlənməmiş məlumatlara görə, güclü ailənin üzvü olan Larijani (onun bir qardaşı parlamentin spikeri Ali Larijanidir, digəri isə insan haqları üzrə yüksək dövlət vəzifəsi tutur) 60 özəl banka nəzarət edir. Bu bankların dövlətə məxsus maliyyə vəsaiti ilə dolu olduğu bildirilir. İranın dövlət prokuroru bildirib ki, hesablar qaydasındadır və bu vəsaitin bir hissəsinin köçürülməsindən ölkənin ali dini liderinin xəbəri olub.

“HESABLAR ŞƏFFAFDIR”

Məhkəmə sisteminin sözçüsü Gholamhossein Mohseni-Ejei Rohani-nin “Twitter”də yazdıqlarına reaksiya verib. Yanvarın 4-də o bildirib ki, məhkəmə sisteminin hesabları "şəffafdır".

Mohseni-Ejei daha sonra bildirib ki, Rohani-nin şəffaflıq çağırışı mayda keçiriləcək prezident seçkiləri ərəfəsində kampaniya taktikasıdır.

Mohseni-Ejei hökuməti Rohani-nin 2013-cü il seçki kampaniyasına xərclənmiş vəsait və onun mənbəyi barədə məlumatı açıqlamağa çağırıb.

Ultramühafizəkar "Kayhan" qəzeti Mohseni-Ejei-ni, islahatyönlü "Etemad" qəzeti isə Rohani-ni müdafiə edib.

Yanvarın 4-də 46 millət vəkili Rohani-ni qardaşı Hossein Fereydou-nu "maliyyə korrupsiyası ittihamları" ilə məhkəmə qarşısına çıxarmağa çağırıb.

Rohani-nin rəqibləri Fereydou-nu korrupsiyanın "gözləri və qulaqları" olmaqda ittiham ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG