Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 18:40

Keçmiş prezident Robert Kocharian-ın həbs müddəti 2 ay uzadılıb


Robert Kocharian
Robert Kocharian

Yerevan məhkəməsi Ermənistan Xüsusi İstintaq Xidmətinin vəsatətini təmin edərək keçmiş prezident Robert Kocharian-ın həbs müddətini daha iki ay uzatmaq barədə qərar qəbul edib.

Bu barədə xəbəri AzadlıqRadiosunun Erməni xidməti yanvarın 18-də yayıb.

Ermənistan baş prokurorluğu xüsusilə mühüm işlərə nəzarət idarəsinin rəisi Vagan Muradian jurnalistlərə deyib ki, müdafiə tərəfinin Kocharian-ın zaminə buraxılmasına dair vəsatəti qəbul olunmayıb.

Keçmiş prezidentin vəkili Aram Orbelian deyib: “Hadisələrin indiki gedişatını əvvəlcədən gördüyümüz üçün mən demişdim ki, iki vəsatətə eyni dinləmədə baxılması barədə qərar məhkəmənin ədalətli olmayacağından xəbər verir”.

Vəkil bildirib ki, məhkəmənin qərarından şikayət hazırlanıb.

O təəssüf etdiyini deyib ki, eks-prezident Robert Kocharian-ı həbsdən azad etmək mümkün olmayıb.

Vəkilin sözlərinə görə məhkəmə müttəhimin zaminə buraxılması barədə vəsatətə ümumiyyətlə baxmayıb. Orbelian deyib ki, bu, zaminə buraxlımaya dair ikinci vəsatət idi.

Vəkil bildirib ki, hazırda daha bir zamin vəsatətinin təqdim olunmasına ehtiyac görmür.

Ermənistanın əslən qarabağlı keçmiş prezidenti Robert Kocharian dekabrın 7-dən bəri həbsdədir.

Robert Kocharian 1 mart 2008-ci il hadisələri zamanı ölkədəki konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Xatırlatma

Ötən il iyulun 27-də Yerevan Şəhər Məhkəməsi Robert Kocharian-ın 2 ay müddətinə həbsi barədə qərar çıxarmışdı. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək Kocharian-ı sərbəst buraxmışdı.

Apellyasiya Məhkəməsinin qərarından həm Baş Prokurorluq, həm də Kocharian-ın vəkilləri şikayət vermişdilər.

Dekabrın 7-də Ermənistanın apellyasiya məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini bərpa edib.

XS
SM
MD
LG