Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

ABŞ naziri Çexiyanı Rusiya ilə partnyorluq etməməyə çağırıb


ABŞ-ın energetika naziri Rick Perry
ABŞ-ın energetika naziri Rick Perry

ABŞ-ın enerji naziri Rick Perry Çexiya hökumətini sərfəli nüvə enerjisi planında Rusiyanı özünə partnyor etməməyə çağırıb.

Noyabrın 14-də Praqada danışan Perry deyib ki, Rusiya enerjidən silah kimi istifadədə davam edir. O əlavə edib ki, ABŞ-ın nüvə sənayesi daha təhlükəsizdir.

Hazırda Çexiya özünün nüvə enerjisi sənayesini genişləndirməyi planlaşdırır və ABŞ-da mənzillənmiş Westinghouse və Rusiyanın Rosatam şirkətləri bu kontrakt uğrunda mübarizənin əsas rəqibləridirlər.

Perry Çexiya Respublikasına özünün Şərqi və Mərkəzi Avropaya səfər turunun çərçivəsində gəlib. Prezident Donald Trump-ın administrasiyası bu bölgədəki ölkələrin təbii qazı Rusiyadan yox, ABŞ-dan almasına çalışır.

ABŞ naziri deyir ki, Rusiya enerjidən silah kimi istifadə edir

ABŞ-ın energetika naziri Rick Perry noyabrın 13-də Macarıstan paytaxtı Budapeştdə keçirilən mətbuat konfransında deyib ki, Rusiya tarixən enerjidən silah kimi istifadə edib və bu siyasət bugün də davam edir. Onun sözlərinə görə məhz bu səbəbdən də Mərkəzi və Şərqi Avropanın enerji təchizatı diversifikasiya edilməlidir:

"Biz bundan sonra da yol verə bilmərik ki, Kreml enerjidən silah kimi istifadə etsin”.

Təhlilçilər bildirirlər ki, Perry-nin səfəri Trump administrasiyasının Avropaya təbii qaz satmaq niyyətinin olduğu bir vaxta təsadüf edir.

Vaşinqton Mərkəzi və Şərqi Avropa ölkələrini qazı Rusiyadan yox, ABŞ-dan almağa həvəsləndirməyə çalışır.

Perry Macarıstanı və onun qonşularını Rusiyanın yeni qaz kəmərlərindən imtina etməyə çağırıb.

"Rusiya ŞimalAxını-2 layihəsindən və TürkAxını çoxşaxəli layihəsindən Mərkəzi və Şərqi Avropanın təhlükəsizliyi və sabitliyi üzərində öz nəzarətini gücləndirmək üçün istifadə edir. Birləşmiş Ştatlar bu layihələrə qarşıdır və biz Macarıstanı və onun qonşularını Rusiyadan imtina etməklə bizə qoşulmağa çağırırıq”.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto deyib ki, TürkAxını kəməri onun ölkəsi üçün sərfəlidir, beləki bu kəmərin bir qolu da Macarıstana qaz nəql edə bilər.

Macarıstan hazırda Rusiya qazından tamamailə asılıdır, lakin qaz bu ölkəyə Ukrayna ərazisi ilə nəql olunur. Rusiya bundan başqa Macarıstanda nüvə stansiyası tikməyi planlaşdırır.

Szijjarto bunu da əlavə edib ki, Budapeşt qazı hazırda maye qaz terminalı tikməkdə olan Xorvatiyadan da ala bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG