Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:42

72 il əvvəl Reyxstaqa sancılan sovet bayrağını o çəkib

Rəmzi kadr: Sovet əsgəri 1945-ci il mayın 2-də Berlində Reyxstaq üzərində sovet bayrağını qaldırır.

Pasportundakı"beşinci bənd"ə görə ömrünün sonunadək işini itirməkdən qorxa-qorxa yaşayıb

SSRİ-nin hitlerçi rejim üzərində qələbəsinin rəmzi sayılan Reyxstaqa sancılan sovet bayrağını o çəkib. Onun bir çox fotolarına incə-incə əl gəzdiriblər. Olub ki,təbliğat amacıyla tam saxalaşdırıblar. Özü isə pasportundakı"beşinci bənd"ə görə ömrünün sonunadək işini itirməkdən qorxa-qorxa yaşayıb.

Currenttime TV Yevgeny Khaldei-in ən yaxşı və tirajlı şəkillərini təqdim edir.

Khaldei “Leyka” fotoaparatı ilə Reyxstaqın damında. Fotoqraf 1917-ci ilin martında Donetskdə antisemitizmdən ağlasığmaz dərəcədə əzab çəkən ailədə doğulub. Bir il sonra Ukraynada yəhudi qırğınında onun anasını və babasını öldürüblər. İkinci Dünya Müharibəsində isə nasistlər Yevgeny-nin atasını və 3 bacısını öldürüblər,Reichstag. 7 may 1945

Budapeşt yəhudi gettosındakı ər-arvadın şəkli. Şəkil Sovet Ordusu macar paytaxtını nasistlərdən azad etdikdən sonra çəkilib. Khaldei müsahibəsində xatırlayırdı ki, onlarla idişdə salamlaşıb, ardınca da geyimlərindən Davidin sarı ulduzlarını qoparıb

Sovet Murmanskı. 1942-ci ildə hitlerçilər şəhərin bütün şimal-qərb bölümünü yandırıcı bombalarla dağıdıblar. Günboyu 350-dən çox mərmi atılıb. Khaldei xatırlayır ki, qadın onu dağıntıları çəkdiyi üçün söyür və belə deyirmiş:“Siz niyə gedib Berlində bizim pilotların oranı bombalamasını çəkmirsiniz?”. Fotoqraf ona söz verib ki, Almaniyaya gedə bilsə, “məhz bu işi görəcək”.

Eyni yerdən çəkilmiş başqa bir şəkildə sovet əsgərinin həm sağ, həm də sol qolunda saat olduğu görünür. Bu da Sovet Ordusunda olan talançılığın sübutudur. Khaldei danışırmış ki,TASS-dakı müdiri onu yanına çağıraraq diqqətini bu detala yönəldib: “Gerçək sovet əsgəri talançılıq etməz, tez bunu düzəlt və neqativdən götür”. 28 yaşlı fotoqraf lentdən sancaqla ikinci qol saatını qaşıyıb-silib.

Sovet döyüşçüləri Vyanada patrul xidməti gerçəkləşdirirlər. Həmkarı xatırlayır ki, Khaldei-in həyatda yaşadıqları onun fotolarında əksini tapıb: "Bu sənədli-fotoqrafiyanın başlıca özəlliyidir".

Vyanada intihar. Şəkil Sovet Ordusunun Avstriya paytaxtına girişindən sonra çəkilib. Müttəfiqlər nasist ərazilərində irəliləyərkən, kütləvi intiharlar adi hal sayılırmış.

Sovet əsgərləri Berlinə gedirlər. Khaldei İkinci Dünya Müharibəsi zamanıön cəbhədə 35 millimetr obyektivli"Leyka" fotoaparatı ilə çəkirmiş.

1945-ci ildə dağıdılmış Reyxstaq. Khaldei-in bəzi şəkilləri saxtalaşdırılıb, çoxu da təbliğat məqsədilə retuşlanıb. Ancaq fotoqrafın arxivində montaj və təbliğatyönümlü fotolarla yanaşı, sənədli fotojurnalistikaya parlaq nümunələr də var.

Kor kişi (sağda) bələdçi ilə. Şəkil 1945-ci ildə dağılmış Berlin küçəsində çəkilib. Khaldei kişidən almanca onların haradan gəldiklərini soruşub. Kor kişi belə cavab verib: "Biz daha bilmirik. Biz haradan gəldiyimizi və haraya getdiyimizi bilmirik".

Budapeşt, 1945-ci il. Yaşayış evinə çarpılan faşist təyyarəsi.

1945-cu il. Sovet əsgəri savaşdan dağılan Budapeştin mərkəzində.

Nürnberqdəki prosesdə gestaponun yaradıcısı və sabiq başçısı Hermann Goering, 1946-cı il.

Faşist bayraqları Qızıl Meydanda keçirilən Qələbə Paradında. Bayraqlar paradı mavzoleyin tribunasından qəbul edən Stalinin ayaqları altına atılırdı.

Evgeni Khaldei 1995-ci ildə. 1948-ci ildə, müharibədən bir neçə il sonra fitiqrafı işəgötürən TASSbütün SSRİ-ni bürüyən növbəti antisemitizm dalğası zamanı onu işdən qovdu. “Onlar məni və daha dörd rusu işdən qovdular... Bir ay içində o dörd nəfəri yenidən işə qaytarsalar da, məni götürmədilər. Onda anladım ki, məsələ milliyyətlə bağlıdır”, - Khaldei xatırlayır.

Murmanskda Vətənin müdafiəçiləri abidəsi, Khaldei fotonu karyerasının sonlarında çəkib. “Pravda” qəzeti onu 1959-cu ildə işə götürsə də, 1976-cı ildə yenidən işdən çıxarıb, düzdür, bu dəfə təqaüdə göndərib. Böyük fotoqraf ömrünün yerdə qalan illərini Moskva ərtafındakı balaca mənzildə keçirib. 1997-ci ildə isə dünyasını dəyişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG