Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 20:10

Əfqanıstanda Reuters-in mükafatlı müxbiri həlak olub


Daniş Siddiqi Pulitzer mükafatının təqdimatı mərasimində
Daniş Siddiqi Pulitzer mükafatının təqdimatı mərasimində

Reuters agentliyinin jurnalisti Daniş Siddiqi iyulun 16-da Əfqanıstanın təhlükəsizlik qüvvələri və Taliban yaraqlıları arasında gedən döyüşdən reportaj hazırlayarkən həlak olub.

Hadisə Əfqanıstanın Pakistanla sərhəd keçidi yaxınlığında baş verib.

Siddiqi və əfqan ordusunun bir zabiti xüsusi qüvvələrin Spin Boldak adlanan ərazinin bazar hissəsini Talibandan geri almağa çalışdıqları vaxt qarşı tərəfin atəş açması nəticəsində öldürülüblər.

Siddiqi jurnalist kimi Əfqanıstanın xüsusi qüvvələrini müşayiət edirdi.

Reuters agentliyinin prezidenti Maykl Fidenberq və baş redaktor Alessandra Qalloninin bəyanatında deyilir:

“Daniş fədakar jurnalist, yaxşı ailə başçısı və ata, həm də sevilən bir həmkar idi. Biz bu dəhşətli vaxtda onun ailəsinə dərin hüznlə başsağlığı veririk”.

Jurnalistin ailəsinə prezident Əşrəf Qani də başsağlığı verib.

Siddiqi iyulun 16-da səhər Reuters agentliyinə qolundan qəlpə yarası aldığını bildirmişdi. Ona ilk tibbi yardım göstərilmiş və Taliban qüvvələri Spin Boldakdan geri çəkilmişdi.

Jurnalisti bir dükana aparmışdılar, lakin həmin vaxt Taliban yenidən hücuma keçib.

Talibanın sözçüsü Zabihullah Mücahid deyib ki, qruplaşmanın qarşı tərəfdə jurnalist olmasından xəbəri olmayıb.

Siddiqi Reuters agentliyinin foto bölməsində çalışırdı və komandası ilə birlikdə 2018-ci ildə Rohinca qaçqınlarının fotolarına görə Pulitzer mükafatına layiq görülmüşdü.

3 ildə 33 jurnalist

2010-cu ildən Reuters-in fotomüxbiri olan Siddiqi Əfqanıstan və İraq müharibələrindən, Honq Konq etirazlarından və Nepal zəlzələsindən reportajlar hazırlamışdı.

O son aylarda Hindistanda koronavirus epidemiyası barədə materiallar hazırlayırdı.

Reuters xəbər verir ki, 2018-ci illə 2021-ci illər arasında Əfqanıstanda ümumilikdə 33 jurnalist həlak olub.

2018-ci ilin 30 aprelində Kabulda törədilmiş intihar bomba basqınında 9 reportyor və bir fotomüxbir həyatını itirib.

Elə həmin il BBC Əfqan xidmətinin jurnalisti Xost şəhərində güllələnib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG