Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:20

Rəqəmsal səsvermə həqiqi demokratiyaya yol aça bilərmi


Elektron səsvermə
Elektron səsvermə

Politoloqlar ABŞ-da keçirilmiş son prezident seçkilərindən bir neçə nəticə çıxara bilərlər. Nəticələrdən biri odur ki, ABŞ-ın səsvermə sistemi müdaxilələrdən qorunmayıb. 2018-ci ilin aralıq seçkiləri ərəfəsində bəzi ekspertlər ABŞ-ın siyasi düzənindəki çatların hələ də bərpa olunmamasından narahatdırlar.

Son bir neçə ildə «seçkilər niyə rəqəmsallaşmır?» deyənlərin sayı artmaqdadır. Bu arqumentə görə, səsvermə üçün nəzərdə tutulmuş xüsusi mobil əlavə birbaşa demokratiyanı təmin edə bilər. Səsvermənin bu növü, ən azı, «likvid demokratiya»ya yol açardı. Bu isə seçicilərin öz təmsilçiləri ilə birbaşa əlaqədə olması deməkdir.

***Buna da bax-Azərbaycan 'azad olmayan' ölkə sayıldı – reaksiyalar

Ancaq belə bir üsulun reallıqda tətbiqi göründüyü qədər asan olmaya bilər. Bəzi ekspertlər mürəkkəb səsvermə texnologiyasının kompüter və cihazlardan daha az baş çıxaranları ayrıseçkiliyə məruz qoyacağından narahatdırlar. Digərləri isə səsvermənin tamamilə rəqəmsallaşmasının Amerikada seçkiləri haker hücumları qarşısında daha həssas duruma salacağını deyirlər. Bu arqumentə görə, yalnız kağız bülletenlər hakerlərdən qoruna bilər.

Ovcunun içindəki cihazdan səs vermək

Britaniyada fəaliyyət göstərən və texnologiya ilə demokratik iştirakın toxunma nöqtələrinə fokuslanan könüllü, gənc mütəxəssislərin idarə etdiyi «WebRoots Democracy» beyin mərkəzinin baş icraçı direktoru Areeq Chowdhury «Futurism» saytına belə deyib:

***Buna da bax-Freedom House 2018: Demokratiya bütün dünyada geri çəkilir…

«Likvid demokratiya maraqlı ideyadır. Hər kəsə hər məsələ ilə bağlı ovcunun içindəki cihazdan səs vermək imkanı vermək fikri də çox güclüdür. Nəzəri olaraq bu, hər kəsin baxışlarının dinlənərək nəzərə alındığı, çoxluğun iradəsinin həqiqətən də təmsil olunduğu sistemə yol aça bilər. Ancaq birbaşa demokratiyada hər şey belə deyil. Likvid demokratiyada seçici müəyyən məsələlərlə bağlı səslərini müəyyən təmsilçilərə həvalə edə və onları geri ala bilməlidir. Bu o deməkdir ki, siz seçici olaraq səsinizi yetərincə bilikli, savadlı səslərə yol aça biləcək adama həvalə edə bilərsiniz. Ancaq bu, həm də sistemi lobbi qrupları qarşısında həssaslaşdırır. Bunun həqiqətən də sistem kimi çalışmasından ötrü məktəblərdə siyasi təhsil icbari olmalı, demokratik iştirak məsələlərinə ciddi investisiya qoyulmalıdır. Burada cavab tələb edən ilk sual budur: İnsanlar bunu istəyirlərmi?».

Smartfon
Smartfon

Prosesə qatılanların sayı arta bilər

Dövlət rəsmilərini birləşdirən GovLoop.com sosial şəbəkəsinin yaradıcısı Steve Ressler deyir:

«Hökumətlər və seçilmiş rəsmilər həmişə müxtəlif məsələlərlə bağlı seçicilərinin rəyini öyrənmək istəyiblər. Ancaq bu məsələdə həmişə əngəllər olub. İnsanlar şəhər mərkəzinə gələrək ictimai müzakirələrə şəxsən qatılmağa, seçki məntəqəsinə çatmaq üçün nəqliyyat vasitəsi tapmağa, yaxud da rəsmi şəxsə məktub yazmağa, ona zəng vurmağa çətinlik çəkirlər. Smartfonların hər yerdə və hər kəsdə olması demokratik prosesi asanlaşdıraraq, bu prosesdə iştirak edən insanların sayını artırmaq potensialına malikdir.

***Buna da bax-R.Mirqədirov: 'Azərbaycan cəmiyyətində rəqabət mühiti yoxdur'

...Siz olduğunuz yerdən asılı olmayaraq, rəyinizi bildirə bilərsiniz. Daha çox rəy alınması üçün smartfonlardan istifadə fikrini bəyənsəm də, düşünürəm ki, nümayəndələrimizi hər məsələyə görə rəy toplamaq üçün seçmirik...».

Gələcəyin demokratiyasını görmək

Rəqəmsal vətəndaş iştirakı üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı olan Likvid Demokratiya Assosiasiyasının layihə rəhbəri Rouven Brües deyir:

«Rəqəmsal media texnologiyaları bizə demokratiyamızı yenidən nəzərdən keçirmək və yenidən modelləşdirmək imkanı verir. Bu gün texniki cəhətdən real olan yeni ideyalar, məsələn, səslərin mobil əlavələr vasitəsilə ötürülə bilməsi... bizə gələcəyin demokratiyasının necə olacağını görmək imkanı verir.

Əslində, texnologiya ilə demokratik prosesləri dəyişmək o qədər də asan deyil. Səsvermə demokratik qərar qəbuletmə prosesində sonuncu addımdır. Bütün prosesə baxdığımız zaman, bu, bəlkə də ən kiçik addımlardan biridir.

İşimizin gedişatında anlamışıq ki, nə mobil əlavələr, nə də kompüter proqramları real demokratik prosesi əvəzləyə bilər. Onlar sadəcə, prosesin ayrı-ayrı hissələrini modelləşdirə bilər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG