Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 16:25

Repçi Pərviz Quluzadə həbs edilib


P.Quluzadə
P.Quluzadə

“PAŞA Bank”-dan açıqlama

“PAŞA Bank” ASC açıqlama yayıb. Açıqlamada “Paster” ləqəbli repçi Pərviz Quluzadənin saxlanması ilə bağlı gedən məlumatlarda bu qurumun adının halanmasına münasibət bildirilib.

Bəyanatda deyilri ki, son günlər bəzi media yayım vasitələrində şou biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə “PAŞA Bank” ASC-nin adı hallandırılır:

“PAŞA Bank” ASC adı hallanan şəxsin saxlanması ilə əlaqədar xəbərlərin ümumiyyətlə həqiqətə uyğun olub-olmamasına dair məlumatlara malik deyil. Şəxsin bankımızla hər hansı bir bağlılığı və ya əlaqəsinin olmadığını bildirməklə, saxlanılması ilə bağlı Bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik”.

Qurum vurğulayıb ki, bankın adının bu cür qeyri-dəqiq, onun işgüzar nüfuzuna xələl gətirə biləcək xəbərlərdə səsləndirilməsinin izləyicilərdə çaşqınlıq yaratmaması və əlavə şayiələrin qarşısını almaq məqsədilə bu rəsmi açıqlamanı paylaşmaq qərarına gəliblər.

“Kütləvi İnformasiya Vasitələrini, istənilən təşkilatın reputasiyasına və biznes nüfuzuna xələl gətirə biləcək, məlumatlarda adı çəkilən tərəflərin rəsmi mövqeyi sorğulanmadan, bu cür qeyri dəqiq məlumatların… dərc edilərək paylaşılması məsələlərində daha diqqətli və həssas olmağa səsləyirik”, açıqlamada deyilir.

«Paster» ləqəbli repçi Pərviz Quluzadə saxlanıb. Bu barədə onun yaxınları dünən, dekabrın 26-da məlumat yayıblar.

Onların deməsinə görə, repçi artıq 4 gündür ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

Bəzi ictimai fəalların sözlərinə görə, onun saxlanmasına səbəb dekabrın 9-da yazdığı «Gang» adlı repində «Paşa Bank» ASC haqqında «Götürəcəyəm ölkəni necə Paşa Bank» deməsidir.

Repçi bu yaxınlarda çıxışlarının birində isə «Gizlində saxlayıram hörmətimi Rəsulzadə və Elçibəyə» misrasina yer vermişdi.

DİN repçinin həbsini təsdiq edir

Daxili İşlər Nazirliyi (DİN) repçi P.Quluzadənin saxlanılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, ötən gün (dekabrın 26-da) P.Quluzadə Binəqədi rayonunda narkotikin təsiri altında ictimai asayişi pozub, polis əməkdaşları onu intizama dəvət edib: «Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o, polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. Binəqədi Rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb».

Amma bu açıqlamaya, hələlik, P.Quluzadənin vəkili və ya yaxınlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

«Paşa Bank» 2007-ci ildə yaradılıb.

Yerli və beynəlxalq araşdırma yazılarında bu bankın hakimiyyətə yaxın simalara məxsus olduğu bildirilir. Hakimiyyət müdafiə edən şəxslər isə belə yazıları qəbul etmirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG