Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:20

Bu nədir? Egger, Akhalil, Artemis...


►Bir il əvvəl deyilirdi ki, daha gözlər belə məkan adları görməyəcək. Ancaq durum dəyişməyib

“Ay bala, gör ora nə yazılıb, başa düşmürəm, deyəsən, xarici dildədir...”

75 yaşlı təqaüdçü Əliverdi Bağırov önündə dayandığı mağazanın adını oxumağa çalışır, ancaq başa düşmürdü. Çünki bu ad Əliverdi kişinin anlamadığı dildə yazılmışdı.

Ötən ilin martında Milli Elmlər Akademiyası bildirmişdi ki, bundan sonra Bakıdakı küçə reklamları, adlar, elanlar qurumun Dilçilik İnstitutu ilə razılaşdırıldıqdan sonra yerləşdiriləcək.

Bir il ərzində hansı dəyişikliklərin baş verdiyini bilmək üçün şəhərin küçələrinə, mağazaların adlarına baxmaq kifayətdir. Əgər may ayında, Avropa Oyunları ərəfəsində əcnəbi dildə yazılan reklamlar, mağaza adları sökülürdüsə, indi daha çox xarici dildə adlar görmək olar.

Daha çox müştəri cəlb etmək

Adı əcnəbi dildə yazılan mağaza sahiblərindən biri deyir, məqsədi daha çox müştəri cəlb etməkdir:

“Bəlkə bir əcnəbi gəldi, qoy o da bilsin ki, burda nə satılır də...”

Şəhər sakinlərinin çoxu isə bu fikridədir ki, adlar ana dilində yazılmalıdır. Ancaq fərqli düşünənlər də var:

– Şəxsən mənə bu mağazaların adının əcnəbi dildə yazılması pis təsir edir.

– Bu şəhərin sakiniyəm, ingilis dili də bilmirəm. Bilməli deyiləm ki, orda nə yazılıb?

– Guya ora “Bon appetit” yazsan, nə olacaq, “Nuş olsun” yazsan, nə olacaq, əsas içində satılanın keyfiyyətidir.

– Elə bilirlər, xarici dildə yazmaqla əcnəbilər tökülüşüb gələcək ora. Bu şəhərin özünə əcnəbi gəlmir, o ki qaldı bir mağazaya.

– Mənim üçün fərqi yoxdur, necə yazılır, yazılsın.

Bir il əvvəl reklamların mətnlərində dil normalarının gözlənilməsindən ötrü Dilçilik İnstitutu Bakı Şəhəri İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə əməkdaşlıqla bağlı müqavilə imzalayıb. Həmin müqaviləyə görə, idarə açılması və yayılmasına icazə verəcəyi küçə reklam və elanlarının mətnlərini Dilçilik İnstitutuna göndərməliydi. İnstitut da həmin mətnin dil normalarına uyğun gəlib-gəlmədiyini yoxlayıb təsdiqləməliyidi.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Söhbət “Reklam haqqında” qanuna düzəlişlərdən gedir. Həmin qanuna görə, ünvanlar, mağaza adları, xidmət, ticarət obyektlərinin adları yalnız Azərbaycan dilində olmalıdır. Xarici dildə də yazılarsa, ana dilindəkindən böyük ola bilməz.

4 min obyektdən 3 minində adlar fərqli dildə

2 ay əvvəl küçə adları və reklamların yazılışı, bu yazılışlarda ana dili normalarının pozulması ilə bağlı monitorinqin nəticələrini elan edilib. Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli vəziyyətin ürəkaçan olmadığını deyir:

“Məlum oldu ki, 4 min obyektdən 3 minində adlar fərqli dildə yazılır. Bəzən şəhərdə 200 metr addmlayırsan, nə qədər xarici dildə yazılmış sözə rast gəlirsən. Bu yolverilməzdir. Küçə adları ilə bağlı bu məsələlər nisbətən qaydaya salınıb. Əmlak Məsələləri üzrə Komitənin küçə ünvanları ilə məşğul olan reyestr xidməti adları bizə göndərir. Onlarla əməkdaşlığımız çox yaxşı alınır. Bu proses mərhələ-mərhələ davam edir. Təkcə Bakıda yox, digər böyük şəhərlərdə, nəqliyyat vasitələrinin üzərində olan yazılara da biz baxırıq, yanlışlıqlarla bağlı təkliflərimizi veririk. Səhvləri düzəldirik. Bunun yaxşı nəticələri olur. Ancaq çox təəssüf ki, hələlik, Bakı şəhər icra hakimiyyəti ilə əməkdaşlığımız elə də səmərəli deyil”.

Bakı şəhər icra hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə əlaqə saxladıq. İdarədən məsələylə bağlı ancaq hüquqşünasın danışa biləcəyini söylədilər. Ancaq gün ərzində hüquqşünası yerində tapa bilmədik.

Martın 9-da Dilçilik İnstitutu reklamlarda Azərbaycan dili qaydalarının gözlənilməsi ilə bağlı elmi-praktik konfrans keçirəcək. Konfransa icra strukturlarının, o cümlədən, Bakı şəhər icra Hakimiyyətinin nümayəndələri dəvət olunub.

Buna da bax...

Deputat: "Azərbaycanda da kazinolar açılsın"
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

XS
SM
MD
LG