Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:54

Real ticarət rəsmidən nə qədər artıqdır?


Azərbaycanda bazar.
Azərbaycanda bazar.

“Hazırda yerli istehsal haqda danışmaq çox çətindir. Çünki yerli məhsulların böyük əksəriyyətinin də komponentləri idxal edilir”.

Bu sözləri Ticarətçilər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov deyib.

O, qənd və çaya aid xammalları nümunə göstərib.

“Bunlar ölkəyə gətirilir, sonra istehsal edilir. Ancaq bunların hamısını yerli istehsal adlandırırlar”, - o qeyd edib.

Buna da bax:​ İdxaldan asılılıq bahalaşmanı da artırır

S.Rəhmanov hesab edir ki, ticarət sahəsinin düzgün tənzimlənməsindən ötrü müvafiq qanun qəbul etmək lazımdır. İndiki kimi Nazirlər Kabinetinin qərarları ilə olmamalıdır. Onun fikrincə, məhz buna görə ticarətdə qarışıqlıqdır və bu sektorda baş verən proseslər məntiqli deyil.

“Öncə 2,70 manata olan banan devalvasiyadan sonra 1.70 manata düşüb”

“Daxili bazarda qiymət formalaşması sövdələşmə əsasında gedir. Dolların məzənnəsi 100 faizdən çox artıb. Devalvasiyadan öncə 2,30-2,70 manata olan banan devalvasiyadan sonra 1.70 manata qədər ucuşlaşıb. Bu, necə ola bilər? Məntiqlə bu məhsul 4 manata qədər bahalaşmalıydı. Bu, təkcə inhisarçıların sövdələşməsinə nümunə deyil, həm də bananın ilkin qiymətinin nə qədər şişirdildiyini göstərir. Siqaretlə də eyni vəziyyət yaranıb. Siqaretləri ölkəyə 4-5 şirkət gətirir. Ancaq siqaretlərin qiyməti hər yerdə eynidir. Rəqabət şəraitində belə ola bilməz”, - o vurğulayıb.

Buna da bax:​ Maaşlar 10% artıb, ərzaq isə 100% bahalaşıb

İqtisadçı bildirib ki, əksər hallarda qiymətlər tələbat və təklif əsasında formalaşmır. Onun deməsinə görə, bunu bizneslə məşğul olan məmurlar müəyyən edirlər. Odur ki, bazarda rəqabət haqda danışmaq mümkün deyil.

İqtisadiyyatın yarıdan çoxu “kölgədədir”

“Kölgə iqtisadiyyatı”na toxunan S.Rəhmanov qeyd edib ki, rəsmi statistika real ticarət dövriyyəsinin ancaq 40-50 faizini göstərir. O, deyib ki, ticarətin həcmi hesab-qaimə ilə müəyyən edilir, ancaq hazırda çoxları bundan istifadə etmir.

“Belə olan şəraitdə vergi orqanları dövriyyəni kassa aparatlarının göstəriciləri əsasında müəyyən edirlər. Lakin sirr deyil ki, mağazalarda məhsulların hamısı kassa aparatdan keçmir”, - o bildirib.

Buna da bax:​ Əlavə məhsullara da rüsum artırıla bilər

Ekspert hesab edir ki, qiymətlər də düzgün formalaşdırılmır.

“Əsl ticarətçi, məsələn, bayram günlərində qiymətləri aşağı salır ki, dövriyyədən mənfəət əldə etsin. Bizdə isə əksinədir, bayramqabağı günlərdə qiymətlər kəskin şəkildə qalxır. Prokurorluq öz illik hesabatında bildirib ki, 2016-cı ildə qiymətlərin süni şəkildə qaldırılması üzrə 14 cinayət işi açılıb. Ancaq, bazar iqtisadiyyatı şəraitində ticarətçiyə öz malının hansı qiymətə satmalı olduğunu diqtə etmək olmaz”, S.Rəhmanov qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG