Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:45

İdxaldan asılılıq bahalaşmanı da artırır


Yağ bir gecədə bu qədər bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Yağ bir gecədə bu qədər bahalaşıb

Azərbaycandakı bahalaşmada manatın dəyərdən düşməsi az rol oynamır. Çünki ölkənin istər hazır məhsul, istərsə də xammal baxımından idxaldan ciddi asılılığı var. Nəticədə idxal olunan məhsul özü ilə inflyasiya da gətirir.

Əslində, qeyri-neft sektoru inkişaf etsə idi, manatın dəyərdən düşməsi bu qədər bahalaşma yaratmazdı. Qeyri-neft sektoru isə nəinki inkişaf edir, hətta kiçilmədə neft sektorunu geridə qoyub.

ÜDM-DƏ AZALMA

Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, bu ilin 11 ayında keçən ilin uyğun dövrünə nisbətən ümumi daxili məhsul (ÜDM) 3.9%, neft sektoru 0.1%, qeyri-neft sektoru isə 5.6% kiçilib. Hökumət isə hələ də, ümidini neftdənkənar sektora bağlayıb. Milli Məclisdə büdcə müzakirələrində iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla, 2017-ci ildə Azərbaycanda ÜDM-nin 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacağı gözlənilir.

İndilik ölkədə, demək olar ki, əksər istehsal məhsulu və xidmətlərin qiyməti artıb. Ümumiyyətlə, inflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlər bahalanıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymət indeksləri aşağıdakı kimidir:

Bu ilin yanvar-sentyabrı 2015-ci ilin yanvar-sentyabrına nisbətən, faizlə:

Çörək məmulatları və yarmalar – 17.4

Ət məhsulları – 6.2

Balıq məhsulları – 13.3

Süd məhsulları, pendir və yumurta – 11.3

Yağ və piylər – 25.7

Meyvələr - 11.8

Tərəvəzlər – 5.5

Qənd, cem, bal, şokolad və konfetlər – 20.2

Digər kateqoriyalara aid edilməyən ərzaq məhsulları – 22.8

Qəhvə, çay, kakao – 29.4

Mineral sular, sərinləşdirici içkilər və şirələr – 24.7

Araq, brendi (konyak) – 15

Tütün məmulatları – 55.2

XS
SM
MD
LG