Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:54

REAL-ın təklif etdiyi layihələr müzakirə olunmaya bilər


REAL partiyasının rəhbəri İlqar Məmmdov, 28 fevral 2019

“Hələlik parlamentdən bizə toplanmış imzaların hansılarında problem olması ilə bağlı rəsmi cavab verilməyib. Amma qeyri-rəsmi bildiyimiz budur ki, parlament tələb olunan qədər imza toplamadığmızı iddia edir”.

Bunu “REAL” Partiyasınln təmsilçisi Natiq Cəfərli bildirib.

REAL Partiyası Milli Məclis qarşısında qanunvercilik təşəbbüsü ilə çıxış edib. Bundan ötrü tələb edilən 40 mindən çox imzaların bu ilin fevral ayının sonuna qədər toplanıb təqdim edildiyi açıqlanmışdı:

“Əvvəla, hər hansı açıqlama verilirsə, bu öncə rəsmi qaydada qarşı tərəfə bildirilməli, nöqsanlar varsa onları sübut edəcək dəlillər ortaya qoyulmalıdır.Yəqin ki, bazar ertəsi partiyaya rəsmi cavab veriləcək və biz buna öz mövqeyimizi ifadə edəcəyik”.

N.Cəfərli partiyanın bu məsələ ilə bağlı açıqlama yaycağını bildirib.

REAL Partiyası üç məsələ üzrə iki qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişdi. Natiq Cəfərlinin bu açıqlamasına,hələlik, Milli Məclis və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Söhbət hansı qanun layihələrindən gedirdi?

Partiyanın sədri İlqar Məmmədov fevralın 28-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, qanunvericilik təşəbbüsü ilə çıxış etməkdən ötrü lazım olam imzalar toplanıb. O deyib ki, ölkədə 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranan problemli kreditlərin həlli və təhsil ilə bağlı təkliflər bir qanun layihəsi şəklində hazırlanıb.

Bakı şəhər başçısının seçilməsinə dair qanun layihəsi isə ayrıca hazırlanıb.«Konstitusiyaya görə, bunun üçün 40 min imza toplanması tələb edilir. REAL isə 2018-ci il noyabrın sonlarından üç ay ərzində davam edən imzatoplama kampaniyasında 41min 658 imza toplayıb və yaxın günlərdə imzalar qanun layihələri ilə birgə Mili Məclisə təqdim olunacaq», - İ.Məmmədov əlavə etmişdi.

REAL sədri demişdi ki, problemli kreditlərin həllini vətəndaş-bank-iş adamları üçlüyü çərçivəsində görürlər. Onun fikrincə, buna gücü çatmayanların kreditlərini isə dövlət öz hesabına silməlidir.

Partiya habelə hesab edir ki, əhalinin indiki yaşayış səviyyəsində ali məktəblərdə təhsil yerlərinin böyük bir hissəsinin pullu olması düzgün deyil.

Bakı meri seçkilərinə gəlincə, REAL sədri əlavə edib ki, bu, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərdən biridir.

Xatırlatma

Rəsmi məlumatlara görə, hazırda Azərbaycandakı ali məktəb tələbələrin yalnız 30 faizə yaxını dövlət hesabına təhsil alır. Bu il atılan bəzi addımlarla hökumət bunun həcimin artırmaq niyyətindədir.

Hakimiyyət rəsmiləri Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflərə isə, hələlik, bir neçə dəfə münasibət bildiriblər və birqayda olaraq buna müsbət yanaşmayıblar.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib, manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib. Hazırda problemli kreditlərin həcminin 1.6 milyard manata yaxın olduğu bildirilir. Lakin elə bu il fevralın 28-də prezident İlham Əliyev fiziki şəxslərin problemli kreditlərinin həllinə dair fərman imzalayıb.Bu fərmana görə, banklara 10 min dollara qədər kredit borcu olan fiziki şəxslərə güzəşt edilməlidir.

XS
SM
MD
LG