Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 10:23

ReAl partiya quruculuğunu sürətləndirir


Azerbaijan -- press-conference by REAL Movement - 13Aug2016

7 illik həbs cəzası çəkən ReAl hərəkatının lideri İlqar Məmmədov təşkilatın siyasi partiyaya çevrilməsi prosesinin sürətləndirildiyini elan edib.

İ.Məmmədovun bununla bağlı bəyanatı onun Livejournal-dakı bloqunda yerləşdirilib.

Cənab Məmmədov partiya quruculuğunun sürətləndirilməsi üzrə “kart-blanş”ı hərəkatın idarə heyətinin üzvü Azər Qasımlıya verdiyini yazır.

Buna da bax:​ BMT məruzəçisi İlqar Məmmədovla görüşüb

ReAl Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat Azərbaycanda parlament respublikası qurulması ideyasını müdafiə edir.

İlqar Məmmədov 2013-cü ilin fevralında həmin ilin yanvar ayında İsmayıllı şəhərində iğtişaşlar təşkil etmək ittihamı ilə həbsdədir.

Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsini Avropa İnsan Hüquqları Konvensiyasına zidd və siyasi motivli hesab edib. Dəfələrlə müxalifətçinin azad olunmasını istəyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG