Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:36

'Yanvar hadisələrinin təkrarlanacağı gözlənilmir' [Video]


Rayonlardakı etirazlardan 2 il keçdi. Hökumət camaat üçün nə edib?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Rayonlardakı etirazlardan 2 il keçdi. Hökumət camaat üçün nə edib?

İki il əvvəl - yanvarın 12-də Azərbaycanın bəzi rayonlarında etirazlar başladı. Hadisələr manatın dollara nisbətdə dəyərdən düşməsi, qiymətlərin bahalaşdığı dövrə təsadüf edirdi.

Adamlar necə oldu ki, küçələrə çıxmağa qərar verdi? Müsavat Partiyanın Lənkəran şəhər şöbəsinin sədri İman Əliyev deyir ki, camaatın başqa yolu yox idi :

«Mən də mağazada işdə idim, bir də gördüm, yolu bağladılar. Əvvəlcə çıxmaq istəmədim, çünki bilirdim ki, çıxsam, bunu mənim adıma yazacaqlar. Amma qeyrətim yol vermədi, çıxdım. Müsahibə də verdim ki, görün ac insanları nə günlərı qoymusuz».

İ.Əliyev deyir ki, adamlara qarşı zor tətbiq etdilər, onlar da məcbur qalıb evlərinə dağılışdılar. Onun sözlərinə görə, bəzi hökumət nümayəndələri camaatın qabağına çıxıb iqtisadi problemlərinin həll olunacağını dedilər, amma bu vədlər sonralar yerinə yetirilmədi. Adamlar isə hakimiyyətin gücündən qorxub daha etirazlara çıxmadılar.

Mehman Əliyev
Mehman Əliyev

«Kortəbii bir proses idi»

«Turan» agentliyinin direktoru Mehman Əliyev deyir ki, 2015-ci ilin sonunda ikinci devalvasiya dalğası əhalini narazı saldı. İnsanlar bank kreditlərini qaytara bilmədilər, vəziyyət daha da pisləşdi, hakimiyyətin durumu düzəldəcəyi barədə gözləntilər isə özünü doğrultmadı:

«O, siyasi nümayişlər deyildi. Necə ki, İranda oldu, sosial tələblərlə insanlar çıxdı küçələrə. Demək olmaz ki, orda da, burda da müxalifət xalqı hakimiyyətə qarşı çevirdi. Bu, kortəbii bir proses idi. Müxalifət bu prosesə arxa çevirdi ona görə ki, böyük bir proses deyildi. Əgər Bakının küçələrinə minlərlə adam axışsaydı, bu, başqa hal olardı. Bu, böyük dalğa deyildi. Kortəbii proses idi hansısa məntəqələrdə».

«İkinci-üçüncü-dördüncü şəxsə bağlanmadılar»

Hakimiyyətyönlü deputat Zahid Oruc deyir ki, bu aksiyalar xalq etirazı deyildi. Onun sözlərinə görə, insanlar uzun müddət idi ki, iqtisadi durumun sabit olmasına, milli valyutanın çox güclü olmasına öyrəşmişdilər, devalvasiyalar isə bu sabitliyi pozdu. Bununla belə, Z.Oruc deyir ki, adamlar hakimiyyətə qarşı çıxmamışdılar:

Zahid Oruc
Zahid Oruc

«Ən kəskin iqtisadi çətinlik dövründən də insanlar nicatı birinci şəxsin, prezident İlham Əliyevin rəhbərliyi altında gördülər. Hətta sosial ehtiyaclarının gücləndiyi vaxtda da ikinci-üçüncü-dördüncü qüvvələrə bağlanmadılar. Bu, siyasət üçün fərqli bir fenomendir. Çünki Qərb ölkələrində biz görürük ki, onlar etiraz vaxtı başqa siyasi qüvvənin elektoratına çevrilirlər».

İki ildə nə dəyişib

Əhalinin iki dəfəyə qədər bahalaşmış kreditlərinin taleyi ilə bağlı hökumət hələ ki, qərar verməyib. Bu kreditlərin həcmi 2 milyard manata yaxındır. Ötən müddət ərzində 11 bank bağlanıb. Təkcə keçən il istehlak malları rəsmi rəqəmlərə görə, 18 faiz bahalaşıb, iqtisadi təhlilçilər bu rəqəmin daha çox olduğunu deyirlər.

Azərbaycanın rayonlarındakı kütləvi etirazlardan 2 il keçdi
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Təhlilçi M.Əliyev deyir ki, camaat artıq devalvasiyanın nəticəsinə öyrəşib, həm də iqtisadi durumun nisbi düzəlməsi gözlənilir. Odur ki, yanvar hadisələrinin təkrarlanacağı gözlənilmir. Neftin qiyməti yanvar etirazları olan dövrlə müqayisədə iki dəfəyə qədər bahalaşıb. 2016-cı ilin yanvarında neft 35 dollar ətrafında idisə, indi 70 dollara yaxınlaşıb. Şərhçilər bu il iqtisadi aktivliyin nisbi artacağını gözləyirlər. Dünya Bankı isə son hesabatında bildirib ki, iqtisadiyyatın neftdən asılılığı aradan qaldırılmasa, iqtisadi inkişaf zəif olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG