Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Məhkəmə Rasim Qaracanın ‘stopunu’ götürməyib


Rasim Qaraca
Rasim Qaraca

Nəsimi rayon Məhkəməsi yazıçı-jurnalist Rasim Qaracanın ölkədən çıxışına qoyulmuş qadağanı aradan qaldırmayıb. Qərar bu gün, iyulun 12-də çıxarılıb.

Bu haqda AzadlıqRadiosuna Rasim Qaracanın özü bildirib.

Onun sözlərinə görə, iclasda məhkəmə nəzarəti qaydasında şikayəti müdafiə ediblər. Qeyd ediblər ki, onun ölkədən çıxışına qoyulmuş qadağa əsassızdır və buna görə də qaldırılmalıdır.

Ancaq Baş Prokurorluğun iclasda iştirak edən nümayəndəsi bunun əleyhinə olub. O bildirib ki, Rasim Qaracaya Meydan TV-yə açılmış cinayət işinə görə, ölkədən çıxış yasağı qoyulub. Həmin cinayət işinin istintaqı isə davam edir.

Yekunda hakim Şəlalə Həsənova yazıçı-jurnalistin müraciətini rədd edib.

Rasim Qaraca qərarla razı olmadığını, vəkilinin apellyasiya şikayəti verəcəyini deyib.

Yazıçı-jurnalistin Meydan TV saytında ədəbiyyat mövzusunda 2 yazısı yayınlanıb. Buna görə adı həmin sayta açılan cinayət işinə salınıb və ölkədən çıxışına qadağa qoyulub.

XS
SM
MD
LG