Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:39

'Azərbaycanı Nigeriya ilə müqayisə etmək lazımdır'


Rəşad Şirin
Rəşad Şirin

►“Azərbaycan xaricə göndərdiyi tələbəyə gələcəyin diasporu kimi baxırdı"

”Rəşad Şirinov hesab edir ki, ölkədə insan kapitalının inkişafına mühit yoxdur

Dünya İqtisadi Forumunun 2016-cı il İnsan Kapitalı Hesabatında Azərbaycan 54-cü yerdədir. Qazaxıstan 20, Ermənistan 37, İran 85-cidir.

Ölkə sosial proqresə görə 130 ölkə arasında 77-ci yeri tutub.

Siyasi məsələlər üzrə ekspert Rəşad Şirinov AzadlıqRadiosu ilə bununla bağlı fikirlərini bölüşüb.

– Rəşad bəy, Azərbaycan insan kapitalına qoyduğu sərmayəyə görə Ermənistandan 17 pillə, sosial proqresə görə Gürcüstandan 23 pillə aşağıdadır. Neft və qazla zəngin ölkə qonşularından niyə bu qədər fərqlənir?

– Bu hesabatlar dövlətin sərmayəsini öyrənir, araşdırır. Təbii ki, dövlətin insan kapitalına yatırım qoyması siyasi-iqtisadi şərtlərdən asılı olaraq dəyişir. Elə ölkələr var ki, iqtisadiyyatlarını insan kapitalına sərmayə qoymaqla artırırlar. İqtisadçı deyiləm, ancaq belə bir fikri eşitmişəm ki, neft ölkələrində insanlara kapital qoymağa maraq göstərmirlər.

– Ancaq neft ölkəsi olan Qazaxıstan insan kapitalına qoyduğu sərmayəyə görə 20-ci yerdə gəlir. Bu, inkişaf etmiş ölkələrin göstəricilərinə çox yaxındır.

Rəşad Şirinov: Azərbaycanı ərəb dövlətləri ilə müqayisə etmək daha düzgün olardı
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
Direct-ə keçid

– Məncə, bu kontekstdə Azərbaycanı Nigeriya, Venesuela, ərəb ölkələri ilə müqayisə etmək lazımdır. Neft iqtisadiyyatı fərqli vəziyyət yaradır. Xatırlayıram ki, Qazaxıstanda tələbələrin xaricdə təhsili ilə bağlı Dövlət Proqramında konkret şərt qoyulmuşdu ki, təhsili başa vurandan sonra qayıdıb ölkədə işləməlidirlər. Söhbət ondan getmir ki, mütləq dövlət strukturlarında çalışsınlar, söhbət ondan gedir ki, qazax hökuməti insan kapitalının ölkəyə qayıtmasını istəyirdi. Onu da xatırlayıram ki, Azərbaycan prezidenti İlham Əliyev isə dövlət xətti ilə xaricdə təhsil alan tələbələrlə bağlı demişdi ki, onların ölkəyə qayıtması vacib deyil, oxuduqları ölkədə iş taparlarsa, qala bilərlər və diaspora çevrilə bilərlər. Əslində, bu, maraqlı göstərici idi.

Rəşad Şirinov: Sanki burda onlar üçün iş yeri də yoxdu
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00
Direct-ə keçid

Dövlət maraqlı deyildi ki, puluna oxutduğu mütəxəssislər ölkəyə qayıtsınlar. Düzdür, Dövlət Proqramında belə bir şərt var idi, amma bu şərtin icrası mexanizmi yox idi. Bu da sonradan beyin axınına gətirib çıxardı. Qazaxıstan kimi ölkələr beyin axınının qarşısını bu şəkildə almağa çalışırdılar. Burda o şəxslər üçün iş yerləri də yoxdur. İqtisadiyyat çoxşaxəli deyil ki, gəlib istədikləri yerdə işləyə bilsinlər. Deyək ki, biri xaricdə siyasət elmləri üzrə oxuyur, ya fəlsəfə ilə maraqlanır. Oxuyub mütəxəssis oldu, gəlib Azərbaycanda nə edəcək? Üstəlik, oxuyarkən, topladığı elmi peşəkar bir kapitalı var. Azərbaycanda gəlib bunun üzərinə nə qoyacaq, peşəkarlığını artıra biləcəkmi? Dövlət-özəl sektorda belə şəraitin olmaması nəticəsində bir çox mütəxəssis ölkəyə qayıtmaq istəmir. Hətta dövlət qulluğunda çalışan bir çox yüksək səviyyəli mütəxəssis burdakı mövcud iş münasibətləri, mentalitet üzündən iş yerlərini tərk etmək məcburiyyətində qalırlar və ya bu barədə ciddi düşünürlər.

____________________________________________________________

Bunlara da bax:
Britaniyanın ardınca Zeman da referendum istəyir
Əfv gözlənilir

____________________________________________________________

“Söhbət təhsilin keyfiyyətindən gedir”

– Rəşad bəy, Azərbaycanda dövlət təhsili pulsuzdur, ucqar kəndə qədər məktəb var, demək olar ki, bütün uşaqlar məktəbə gedir. Bu, insan kapitalına sərmayə sayılırmı?

– Təhsilin pullu və ya pulsuz olmasından söhbət getmir. Təbii ki, dünyanın bir çox ölkəsində təhsilin ən azı ilkin mərhələdə əlçatan olmasına çalışılır. Söhbət təhsilin keyfiyyətindən gedir. Təhsilin keyfiyyəti də iqtisadi potensialdan asılıdır. Yaxşı təhsil onun üçün lazımdır ki, yaxşı mütəxəssis yetişsin. Yaxşı mütəxəssis də iqtisadiyyatı irəli aparmağa lazımdır. Ölkənin iqtisadiyyatı necədirsə, təhsili də ona adekvat olur. Azərbaycanda orta təhsilin hər yerdə olması yaxşı haldır. Ancaq bu təhsil insanları iş bazarına, həyata nə qədər hazırlaşdırır, bu, sual altındadır. Biz bu məsələdə çox geridəyik. Bir çox inkişaf etmiş ölkələrdə heç də hamı ali təhsil almır. Orta məktəbi bitirəndən sonra bir-iki il peşə təhsili alırlar. Bundan sonra artıq peşəkar həyata atılıb öz bacarıqlarını inkişaf etdirirlər. Ona görə də bu ölkələrdə orta təhsil çox dinamik, çox canlı qurulub və iqtisadiyyata lazımlı kadrlar verirlər. Məsələn, Hollandiya kimi ölkələrdə ali təhsil müəssisəsi ilə peşə məktəbi və ya kolleclər arasında zahirən bir fərq yoxdur. Burda minlərlə tələbə müxtəlif ixtisaslar üzrə oxuyur. Bu da yenə iqtisadiyyata bağlanır. İqtisadiyyat çoxşaxəli olanda insan kapitalına sərmayə effekt verir.

“İdman sahəsində prioritet insan kapitalı deyil”

– Azərbaycan hakimiyyəti idman sahəsinə çox diqqət yetirir. Bəs idman sahəsinə– qoyulan vəsait insan kapitalına sərmayə sayıla bilərmi?

– Dolayısı ilə olar. Ancaq burda prioritet insan kapitalı deyil, prioritet daha çox ölkənin beynəlxalq arenada tanınmasıdır. Bu günlərdə Formula-1-in təşkilatçılarından birinin müsahibəsini oxudum. Orda deyir ki, Azərbaycan kimi kiçik ölkələrin dünyaya çıxmaq imkanları çox məhduddur. Bunu ancaq meqaelementlərlə, yəni, iri beynəlxalq tədbirlərlə eləmək olar.

– Sizcə, belə meqatədbirlər Azərbaycanı daha çox tanıda bilər, yoxsa, yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi?

– Əslində, bu sual geniş araşdırma tələb edir. Hələ ki, müstəqillikdən bəri Azərbaycan böyük mədəni, idman tədbirləri keçirsə də, dünyada tanına bilməyib. Dünya elminə töhfə vermiş ayrı-ayrı fərdlər olub ki, onlar kiçik ölkələrdən çıxıblar. İnformasiya texnologiyaları sahəsində sıçrayış etmiş Cənub Şərqi Asiya ölkələrini göstərə bilərik. Amma bu o demək deyil ki, hər bir ölkə bunu edə bilər. Baltikyanı ölkələri çıxmaqla, keçmiş sovet respublikalarında ciddi struktur problemləri var. Bu o deməkdir ki, təhsil dövlət idarəçiliyinə, biznesə transformasiya edilmədi. Bu o deməkdir ki, Azərbaycanda sovetdən qalma düşüncə, zehniyyət, qayda-qanun hələ də hakimdir. Bu isə insan kapitalının inkişafına ciddi maneədir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 1 iyul

Azərbaycanda nə qədər insan həkim səhvinin qurbanı olur?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 1 iyul

11 nəfər 1 otaqda yatırıq - Qəzalı binanın sakinləri danışır

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG